Problem (27-08-2016, 15:32)
Azərbaycanlı biznesmendən 40 min alıb, ondan imtina edən Voloçkova danışdı
Anastasiya Voloçkova son günlərdə mətbuatda haqqında yayılan ittihamlara cavab verib.
Mediatv.az FMG Nyus-a istinadən xəbər verir ki, balerina bütün yayılan xəbərlərin təxribat olduğunu açıqlayıb:
“Yalnız bir şey demək istəyirəm. Mənim uğurumu, gözəlliyimi, azadlığımı, müstəqilliyimi, öz sevimli işimlə məşğul olmağımı mənə bağışlamaq istəmirlər. Mənimlə görüşmək istəyən kişilərin əllərində ağ qızılgüllərlə ayaqlarıma hədiyyələr sərərək görüş üçün növbəyə düzülməsini həzm edə bilmirlər. Bütün bunları mənə bağışlaya bilmirlər və bilməyəcəklər də. Elə bu. Provakasiya və cəfəngiyyatlara isə şərh verməyəcəyəm”.
Xatırladaq ki, daha öncə "Moskvanın Ulduzları" agentliyinin direktoru deyib ki, azərbaycanlı biznesmenin agentliyə müraciət edərək “Ulduzla şam yeməyi” layihəsi çərçivəsində 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib. Görüş baş tutub, bundan sonar baş verənlər isə Voloçkovanın özfəaliyyəti olub.
Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib, biznesmen də razılaşıb və avans ödəyib.
Daha sonra Anastasiya Voloçkova oteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.
Biznesmen iddia edir ki, onda razılaşma ilə bağlı səs yazısı var. Balerina isə faktı təkzib edib və bunu böhtan adlandırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024