Karusel (10-09-2015, 21:34)
Azərbaycanlı biznesmenin sevgilisi şəffaf donda (FOTO)
Məşhur rusiyalı balerina Anastasiya Voloçkova şəffaf don geyinərkən öz bədən quruluşunu nümayış edib.
ANS PRESS-in məlumatına görə, Voloçkova öz instaqram səhifəsində açıq-saçıq paltarda olan şəkilini paylaşıb. Şəkildə təsvir olunan balerinanın əynində sinəsi və kənar hissələri şəffaf rəngdən ibarət olan qara don var.
Voloçkova böyük portretinin fonunda fotosessiya edib. Onun portreti geniş otağın bütün divarına yerləşıb. Şəkilin yanında ağ qızılgülləri görmək olar. Arxa fonda isə ağ piano təsvir edilib.
Anastasiya Voloçkova yeni donunda
Anastasiya Voloçkova balerina karyerasına 1994-ci ildə başlayıb. O, böyük teatra 1998-ci ildə dəvət alıb. Həmin ildə o, "şahzadə Qu-quşu" rolunda oynayıb. 2003-cü ildə isə Böyük teatrdan Voloçkovanın qalmaqallı şəkildə çıxardılması mətbuatda geniş işıqlanıb. O vaxtdan o solo layihələri üzərində işləyir.
Anastasiya Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla öz sevgi romanları ilə gündəmdə olub. Bu yaxınlarda Bəxtiyar Səlimovdan ayrılan Anastasiya qısa müddətdə özünə yeni sevgili tapıb. Bakıda anadan olan 47 yaşlı iş adamı Bəxtiyar Səlimov bir neçə il Voloçkova ilə sevgili olub.