Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (23-05-2022, 16:30)
Taleyin ağır sınaqlarına sinə gərən sənətkarın etirafları // MÜSAHİBƏ


Taleyin ağır sınaqlarına sinə gərən  sənətkarın etirafları // MÜSAHİBƏ

Hər zaman adımız qədər də doğru-dürüst məlumatlar yayımlamağa çalışırıq. Çox təəssüflər olsun ki, sözün düzünü demək, bizi çox zaman tənqid yazmağa vadar edir.

Portalımızda az hallarda müsahibələr yayımlanır. Lakin, müsahibə alarkən də peşəsindən, sənətindən asılı olmayaraq, doğru ünvanı - sözün əsl mənasında sənətinin sənətkarını seçirik. Sevdiyiniz sənətkarların yalnız sənətləri barəsində bilmədiklərinizi elə sənətkarın öz dilindən diqqətinizə çatdırırıq.

Bu dəfə isə möhtəşəm səsi, səlist ifası ilə qısa müddətdə geniş dinləyici auditoriyası toplayan sənətkar - hamımızın Baba Dərələyəzli kimi tanıdığımız Rüstəmov Firudin Sabir oğlu ilə həmsöhbət olduq.

- "Baba bəy, ilk burdan başlayaq. Baba Dərələyəzli kimdir?

- Baba Dərələyəzli hər şeydən öncə vətənpərvər Azərbaycan oğludur.
1979-cu ilin avqust ayının 9-da Qərbi Azərbaycanda, Dərələyəz mahalında, Dərələyəz kəndində doğulmuşam. Rəhmətlik atam demişkən, "Nəhənglər diyarı Şamaxı"da, Meysəri kəndində böyümüşəm. Birinci sinifə də orada getmişəm.

- Musiqi təhsiliniz varmı?

- Bəli, var.

- İlk hansı yaşda musiqi sənətini öyrənməyə başladınız?

- İlk dəfə 12 yaşımda başladım. İlk musiqi təhsilimi böyük ustad, hətta bəzi ustad sənətçilərimizin belə ustadı olmuş Nafiz Ağakərimdən almışam. Sonra Elnarə xanım Abdullayevadan.

- Doğrudur, əslində səsin, mugamın beşiyi olan Qarabağda doğulub, sənətkarlar yetişdirən Şamaxıda böyümək sizdə olan böyük istedad barəsində çox şeyi izah edir. Amma, yenə də bilmək maraqlıdır, ailədə, nəsildə sizdən əvvəl də bu sənətə sahib olanlar varmı?

- Mən o fikirlə tam razı deyiləm. Fikrimcə gözəl səslər hər yerdə, hər bölgəmizdə var. Haqlısınız, Dərələyəzdə çoxdur. Məsələn, səsinə, sənətinə çox hörmət etdiyim, böyüyüm, ağbirçəyim sayılan Şahnaz Haşımova, Aybəniz Haşımova, Yevlaxda "Zil İdris" deyilən sənətkar - İdris müəllim, həmçinin muğam ustadı Şahmalı Kürdoğlu da əslən Dərələyəz mahalındandırlar. O cümlədən adını çəkmədiyim bir neçə sənətkarlar var ki, onlar da əslən Dərələyəz mahalındandırlar.

Qaldı ki, ailədən kiminsə bu sənətə sahib olmasına, mən sizə deyim ki, mənim babam - yəni, atamın atası çox gözəl aşıq - xanəndə olub. Elə anamın da çox gözəl səsi var. Həmçinin, anamın atası da musiqişünas olub. Bütün bunlara baxmayaraq, mən həmişə özüm olmağa çalışmışam. Öz yolumu özüm seçmişəm.

- Musiqi, yaxud ümumiyyətlə incəsənət sahəsində hər hansı ali, yaxud orta ixtisas təhsiliniz varmı?

- Mən 1997-ci ildə sağolsun, gözəl səsli sənətkar Elnarə xanım Abdullayevanın özü ilə Asəf Zeynallı adına musiqi kollecinə getdim. Lakin, qısa müddət sonra, təhsilimi yarımçıq qoyub, hərbi xidmətə gedəsi oldum. Hərbi xidməti bildirib, döndükdən sonra, çox təəssüflər olsun ki, təhsilimi davam etdirə bilmədim. Bəzi ailə problemlərim oldu və mən işləmək üçün uzun müddət ölkədən kənarda yaşadım. Amma, təhsilimi davam etdirə bilməsəm də həmişə sənətinin sənətkarlarının yanında olub, onlardan çox şey öyrənmişəm. Onlar da bir məktəbdir.

- Bəllidir ki, sənətdə yeni deyilsiniz. Amma, bilirik ki, xalq sizi televiziya efirlərində yalnız, son bir neçə ildən bəri görməyə, sevməyə başlayıb. Belə gec görünməyinizə səbəb nədir?

- Dediyim kimi, uzun müddət mən ölkə xaricində yaşamışam. Ölkəyə qayıtmağım da o qədər uzun müddət deyil. Bundan əlavə mən özüm də efirlərdə çox görünmək marağında olmamışam. Amma, son illər zamanın tələbi və sənətə dəyər verən dostların təkidi ilə sizin dediyiniz kimi, görünməyə başladım.
Amma, onu qeyd edim ki, efirlərdə olmadığım zamanlar da, həmişə tanınmış sənətçilərin yanında olmuşam. Demək olar, həmişə bütün sənətçilərin əhatəsində olmuşam. El şənliklərində, tədbirlərdə birgə iştirak etmişəm çoxları ilə. Ona görə əksəriyyəti məni tanıyırlar.

- Efirlərdə qonaq oldunuz, qısa müddətdə tanındınız, sevildiniz və yenə efirlərdən uzaqlaşdınız.

- (Gülümsəyir...) Dostlarım mənə deyir sənə göz dəydi.
Doğrudur mən efirlərə yeni-yeni çıxırdım və sizin də dediyiniz kimi az vaxtda sevildim. Amma, 6 ay bundan öncə Şamaxı yolunda avtoqəza keçirdim. Aldığım xəsarətlər səbəbilə xəstəxanaya yerləşdirildim. Xəstəxanada naşı, səriştəsiz həkimin səhvi ucbatından artıq 6 aydır ki, yataqdan qalxmaq iqtidarında deyiləm. Bu səbəbdən dəvət aldığım efirlərə gedə bilmirəm.

- Baba bəy, doğrudur, "efirlərdə nədən görünmürsünüz?" sualını verdik, amma təəssüf ki, günümüzün reallığı budur ki, Azərbaycan televiziya efirlərində tanınana qədər qonaq olmaq üçün, sənətinin səviyyəsindən asılı olmayaraq, sənətçi müəyyən məbləğ ödəməlidir. Bu mütləqdir. Əks halda heç bir proqram həmin sənətçiyə meydan vermir. Amma, zənnimizcə siz o mərhələni artıq keçmisiniz. Kifayət qədər tanınırsınız, kifayət qədər dinləyici auditoriyanız var. Üstəlik də qələbə sevincini yaşamağa doymadığımız, tez-tez bu mövzuda tədbirlərin keçirildiyi, yaxud çox verlişlərin reytinq xətrinə bu mövzuya toxunduğu bir vaxtda çoxsaylı vətənpərvərlik mövzusunda mahnıların ifaçısı olaraq, aldığınız dəvətlər bir sənətçi kimi sizi qane edirmi?

- (Biraz fikirli...) Doğru dediniz ki, Azərbaycan efirləri indi yalnız maddiyyat qarşılığında dəvət edirlər. Amma, vurğuladığınız kimi, artıq mənim şükürlər olsun kifayət qədər dinləyicim var. Xalq tərəfindən tanımıram. Odur ki, artıq efirlərdə ödənişlə qonaq olmağa mənim ehtiyacım yoxdur. Düzdür, bəzi verilişlər dəvət edirlər, sağolsunlar. İnşallah, sağalıb yenə də dəvət edənlər olduqda, qonaq olacam efirlərdə.

Amma, mən içimi parçalayan bir sözü demək istəyirəm. Bu mənim şəxsi fikrimdir. Ölkəmizdə şükürlər olsun vətənpərvərlik mövzusunda oxuyan çox sənətkarlar var. Eləcə də mənim özümün bu mövzuda çox mahnılarım var. Həmçinin, general Polad Həşimovun xatirəsinə həsr olunmuş möhtəşəm, adına layiq mahnım da var. Televiziyalar təkcə mənə, yaxud digər bu mövzuda oxuyan sənətkarlara deyil, şəhidlərimizin ruhuna, qazilərə - ümumiyyətlə müharibə iştirakçılarına qiymət versinlər və efirlərə dəvət etsinlər. Bu mahnılar az da olsa onların ailəsinə, yaxınlarına təsəllidir bəlkə. Qoy yeni yetişən nəsillər bu mahnıları dinləyərək, vətəni daha da sevməyə ruhlansın, həmçinin, o şəxsləri və qanlı-qadalı günlərimizi unutmasınlar. Mən bu mövzuda mahnıları zəif oxusaydım Müdafiə Nazirliyinin tədbirlərinə dəvət almazdım. Mən təşəkkür edirəm, Abdulla Qurbani tez-tez möhtəşəm tədbirlər təşkil edir, məni də dəvət edir, iştirak edirəm. Abdulla müəllim özü də kəskin tənqidçidir. Sənətimi layiqincə təmsil etməsəydim əminəm ki, çoxdan Abdulla müəllimin hədəfinə tuş gəlmişdim. (Gülümsəyir və sonra bir qədər fikirli davam edir)

Hamıya şamil etmirəm, amma çox vaxt efirlərə elə adamları qonaq çağırıb, tamaşaçıya "müğənni" kimi təqdim edirlər ki, səsini çıxarmayana qədər onun qadın, yaxud kişi olduğu belə bilinmir. Nə efirə, nə mentalitetimizə, nə mədəniyyətimizə yaraşmayan geyimlər, davranışlar, saç düzümləri və sair...

- Belə anladıq ki, Azərbaycan efirlərindən narazısınız.

- Hamısı deyil, amma əksəriyyətindən narazıyam, bəli. Səsi, sənəti olmayanları şəxsi həyatı, yaxud qalmaqalları ilə gündəmə gətirən elə efirlər özləridir və mən bunu yerini bilən sənətkarlara qarşı televiziyaların hörmətsizliyi kimi qiymətləndirirəm.

- Neçə mahnınız var ümumilikdə?

- Çoxdur. Sayını xatırlamıram. Amma, onu da qeyd edim ki, mən gündə bir mahnı yazdırmıram. İldə 2-3 üç mahnı yazdırıram, o da ki, böyük şairlərin, dəyərli sözlərinə müraciət edirəm və çox gözəl bəstəkarlarla işləyirəm.

- Azərbaycan televiziya səhnələrini, proqramlarını necə görmək istərdiniz?

- Ən azından Türkiyə televiziyalarından nümunə götürməlidir, deyə düşünürəm. Aparıcılar verlişə qonaq çağırırlar, amma, ön plana özlərini çıxarmağa can atırlar. Dəvət etdikləri qonağa danışmağa imkan vermirlər.

Yenə deyirəm, hamısına şamil etmirəm, amma, çoxları belədir. Özləri sual verir, özləri də cavab verirlər. Heçolmasa bu halların olmamasını istərdim.

- Bütün mahnılarınız çox gözəldir. Səsiniz, ifanız sözlərin böyüklüyünü bütün şəffaflığı ilə önə çıxarır. Amma, nədənsə qısa zamanda böyük dinləyici kütləsini "tilsimləyən" bu səsi xalqa "Nəhəng gəmi" sevdirdi. Düşünürük ki, bu mahnını sizin həm də "şans əsəri"niz adlandırmaq olar.

- (Gülümsəyir...) Bəli, haqlısınız. Çox qapıların açarı oldu "Nəhəng gəmi". Amma, biraz təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, mahnılarımın hamısının gözəl olduğunu mən də düşünürəm. Çünki, o sözləri çox böyük şairlər, musiqisini böyük bəstəkarlar yazdı. Sağolsun Nailə xanım Məmmədova sözlərini yazdı, sağolsun gözəl bəstəkar, mənim ruhumu yerindən oynadan bəstəkar Fuad İbrahimov bəstələdi və mən də ifa etdim, gerisini gördünüz.
Yeri gəlmişkən, onu da qeyd edim ki, "Nəhəng gəmi" təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə sevildi. Mən bu yaxınlarda qonşu ölkə İranda oldum, bu mahnıya görə orda camaat o qədər gözəl qarşıladılar, o qədər gözəl sözlər dedilər ki, sözlərə sığmayan gözəl bir hiss yaşadım.



Etiraf edim ki, "Nəhəng gəmi"dən sonra oxuduğum bütün mahnılar sevildi. "Dünyaya üsyan", "gec də olsa", "uman yerdən inciyərlər", "Arif Səlimovun bəstəsi olan "Türkiyədə Ərdoğan - Azərbaycanda İlham". Yeri gəlmişkən, bu mahnı Türkiyədə də çox sevildi. Bundan əlavə, saysız mahnıların bəstəkarı olan çox istedadlı bəstəkar - aranjımançı Ruslan Səfəroğlu ilə də iş birliyimiz var.

- Baba bəy, əvvəla Allahdan sizə şəfa diləyirik. İnşallah tezliklə ayağa qalxdıqdan sonra sənətinizdə nə kimi planlarınız var?

- Təşəkkür edirəm.
Mən az əvvəl sizə Arif Səlimovun bəstəsi olan "Türkiyə - Azərbaycan" mahnısından bəhs etdim. O, mahnı Türkiyə Prezident Administrasiyasında dinlənilib və söz müəllifi Alim Dərələyəzli ilə birlikdə biz may ayı üçün Türkiyəyə dəvət edilmişdik. Bilirsiniz ki, avtomobil qəzası keçirdim, xəsarət aldım. Səhhətimlə bağlı gedə bilmədim. Amma, İnşallah sağlamlığıma qovuşum, Türkiyəyə səfər edəcəyik Alim bəylə birlikdə. Biz oraya dəvətliyik.
Bir də inşallah ayağa qalxım, şairə Sahilə xanım və Arif Səlimovla birlikdə üçümüzün ərsəyə gətirdiyimiz yeni mahnımız var, o mahnını dinləyicilərimin ixtiyarına verəcəm...

- Yeri gəlmişkən, bir incə telə toxunmaq istəyirik. İfa etdiniz mahnılardan hansında özünüzü görürsünüz?

- (Fikirə gedir...) "Yenə səni mən sevərdim, bir də gəlsəm bu dünyaya"... (Susur...)

- Söhbətimizin sonunda dinləyicilərizinə nə arzulayırsınız?

- Ümumiyyətlə xalqımıza, sülh, əminamanlıq, müharibəsiz illər arzulayıram.

- Xalqdan söz düşmüşkən, xalqın musiqi zövqü sizi qane edirmi?

- Xalqım məndən inciməsin, çox zaman xeyr.
Təəssüf edirəm ki, gənclərimizin bir hissəsi sənəti ucuzlaşdıran, geyimi ilə, davranışları ilə milliyimizə yaraşmayanları bəyənir, ona pərəstiş edirlər. Amma, məncə sənətçi sənətindən əlavə davranışları, mənəviyyatı ilə də nümunəvi olmalıdır.
Həmişə Allahdan özümə birinci növbədə dəyişməməyi arzulayıram

- Sizcə sənəti sənətçilər dəyərsizləşdirir, yoxsa tamaşaçılar, dinləyicilər?

- Mən deyərdim, dinləyicilər. Çünki, oxuya biləni də dinləyirlər, məclislərinə dəvət edirlər, oxuya bilməyəni də.
İstəməzdim belə hallar olsun. Xalqıma gözəl sənətə və sənətkarlara dəyər vermələrini həm tövsiyyə edirəm, həm də arzulayıram.

"DogruXeber.az"ın rəhbərinə və kollektivinə təşəkkür edirəm. Hər zaman doğruların tərəfindəsiniz, buna görə də çoxsaylı izləyiciləriniz var ki, biri də mənəm.
Sükanı belə saxlayın."

Sonda "DogruXeber.az" olaraq, mənliyi, mənəviyyatı, səsi və bir çox özəllikləri ilə YERİNDƏ olmağı bacaran sənətkara Allahdan şəfa və daha böyük uğurlar arzulayır

Taleyin ağır sınaqlarına sinə gərən  sənətkarın etirafları // MÜSAHİBƏ

Taleyin ağır sınaqlarına sinə gərən  sənətkarın etirafları // MÜSAHİBƏ



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024