Mədəniyyyət (7-03-2018, 10:09)
İmirzalıoğlunun serialında qalmaqal – FOTO
“Mehmed: Bir Cihan Fatihi” serialı ilə ekranlara dönməyə hazırlaşan türkiyəli aktyor Kenan İmirzalıoğlunun ətrafında söz-söhbət səngimək bilmir.
Mediatv.az xəbər verir ki, serialın yayımı yanvar ayına planlaşdırılsa da, çəkiliş zamanı yaşanan gərginliklər və rejissorun dəyişdirilməsi buna mane olmuşdu.
“Uçankuş”un xəbərinə görə, Altan Dönmezin çəkdiyin serialın ilk bölümü bəyənilməyib və boş yerə 2 milyon lirə xərclənib. Serialın çəkilişini gerçəkləşdirən “O3 Medya” şirkəti isə rejissorla yollarını ayıraraq Cevdet Mercana müraciət edib.
Bu məqamda bildirək ki, ötən illərdə “Paramparça” serialının çəkilişi zamanı rejissorluq edən Cevdet Mercan ekran işindən çıxarılaraq, yerinə Altan Dönmez gətirilmişdi.
İddialar arasında Kenan İmirzalıoğlunun çəkiliş komandasına əziyyət verməsi də yer alır. Bildirilir ki, İmirzalıoğlu çəkiliş komandasına səsini qaldırır və digər insanlara çətinliklər yaşadır.
Serialda Fatih Sultan Mehmedi canlandıran Kenan çəkiliş saatları uzandığı üçün Altan Dönmeze “Belə davam edərsə, hamınız tək-tək gedərsiniz” deyib, bundan sonra isə o, işindən uzaqlaşdırılıb.
Qeyd edək ki, İmirzalıoğlu bölüm başına aldığı pulun məbləğini də artırıb. O, hər seriya üçün 350 min lirə (təxminən 156 min 632 manat) alır.