Mədəniyyyət (29-10-2016, 14:37)
“Öpülməyən saçlar” qısametrajlı filminin nümayişi keçirilib - Dillər Universitetində (FOTOLAR)
Mediatv.az xəbər verir ki, tədbir, 22 oktyabrda Azərbaycan Dillər Universitetində keçirilib. Filmin əsas mövzusu valideyn-övlad münasbitində ünsiyyət problemi və bundan doğan fəsadlar haqqındadır. Film, “Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyası ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində, “İnkişaf Zamanı” əməkdaşlıq proqramının dəstəklədiyi “Mənim Valideynim, Mənim Dostum” - iştirakçı təşəbbüsü əsasında hazırlanıb. Filmin təqdimatında öncə “İnkişaf zamanı” proqramı “Mənim Valideynim, Mənim Dostum” layihəsi haqqında iştirakçılara qısa məlumat verilib. Filmdən sonra ekspertlər, “GR8”-in təsisçisi Coşqun Kərimov və psixoloq Teymur Mustafa, tərəfindən mövzu ətrafında iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və verilən suallar cavablandırılıb. İki saat davam edən tədbirdə 23 ailənin iştirak edib.
Film https://www.youtube.com/watch?v=Hdr5OoFMqms&spfreload=5