Sosial (Bu gün, 10:56)
Bakıda analoqsuz dələduzluq: Tikinti sektorunda maxinasiya
Son illər tikinti sektorunda rast gəlinən dələduzluq halları öz "rəngarəngliyi" və "unikallığı" ilə diqqət çəkir. Bu cür hallardan biri də Servic MTK-da yaşanıb. Nə qədər qəribə olsa da bu dəfə sahibkarlar sıradan vətəndaşa deyil, onların tikinti işlırini həyata keçirən baş podratçıya "atıb". Bütün proses isə Nazim Tahirov adlı sahibkarın baş podratçı Alim Lətifovdan yardım xahiş etməsiylə başlayıb.
Xeyirxahlığının və zəhmətsevərliyinin qurbanı...
Əldə etdiyimiz məlumata görə, 2023-cü ildə Nazim Tahirov öz ofisində qəbul etdiyi Alim Lətifova bildirib ki, Lökbatan qəsəbəsində Xocasən yolunun şimalında Arzu Kazımov adlı iş adamı ilə birlikdə bina inşa etdiklərini bildirib. Nazim Tahirov söyləyib ki, Arzu Kazımovla birlikdə inşa etdikləri yaşayış kompleksindən 40% paya sahib olması üçün 7 milyon manat vəsaitə ehtiyacı var. İş adamı Alim Lətifova söyləyib ki, ona bu layihədən 20% pay verəcək.
Nazim Tahirov qeyd edib ki, tikintiyə vəsait cəlb etmək üçün Alim Lətifova bir neçə mənzil və obyekt verəcək, daha doğrusu, həmin obyektləri özü sataraq əldə edilən vəsaiti tikintini başa çatdırmaq üçün baş podratçıya təqdim edəcək. Bu məqsədlə də 2024-cü ildə Servic MTK ilə Alim Lətifova məxsus İnvest AZM arasında Baş Podrat müqaviləsi imzalanıb.
Əmlakların qiymətləndirilərək satılması vaxt tələb etdiyi üçün Alim Lətifov özünə məxsus 1,5 milyon manat məbləğində vəsaiti tikintiyə cəlb edib. Bundan başqa, daha 1,5 milyon manat dəyərində tikinti məhsullarını çoxdan tanıdığı, əməkdaşlıq münasibətinə malik olduğu şəxs və şirkətlərdən nisyə götürərək Nazim Tahirova məxsus tikintiyə cəlb edib.
“Bağda ərik qurtardı, salam-əleyk qurtardı”
Alim Lətifovu sözün həqiqi məansında soyub soğana çevirən Nazim Tahirov artıq baş podratçıdan vəsait qoparmağın mümkün olmadığını görüb son həmləyə əl atıb. Alim Lətifovu borclandıran Nazim Tahirov bir müddətdən sonra ona Arzu Kazımovla münasibətlərinin yaxşı olmadığını, buna görə də “ən doğru addımın” tikintini tərk etmək olduğunu bildirib.
Bütün pulları əlindən çıxan, eyni zamanda 1,5 milyon manatlıq borcu yaranan Alim Lətivof baş verənlər haqqında Arzu Kazımovla danışıb və sonuncu bildirib ki, onu bu vəziyyətdən çıxarmaq üçün baş podratçıya müəyyən qədər vəsait ödəyəcək. Lakin Arzu Kazımov da Nazim Tahirov kimi verdiyi sözü tutmayıb, nəticədə Alim Lətifov adlı şəxs nəinki gəlir əldə etməyib, çəkdiyi zəhmətlər müqabilində 3 milyondan artıq maliyyə itkisinə məruz qalıb.
Nazim Tahirov “qara maskalılar” tərəfindən nə vaxt “ziyarət olunacaq”?
Ölkəmizdə bütün sahələrdə, eləcə də tikinti sektorunda baş verən qanunsuzluqlara qarşı Azərbaycan dövlətinin ciddi mübarizə apardığı, hər cür dələduzluq və fırıldaqçılar hallarının qarşısının hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə aldığı kimsəyə sirr deyil. Bu mənada Alim Lətifovun üzləşdiyi dələduzluq faktının da araşdırılmasına ciddi ehtiyac var və heç şübhəsiz ki, güc orqanları bu məsələ ilə bağlı da lazımi addımlar atacaq. İndiki halda görünən odur ki, Alim Lətifov da Nazim Tahirovun hüquq-mühafizə orqanlarının “qara maskalı” əməkdaşları tərəfindən “ziyarət olunacağı” saatı gözləməlidir. Ölkəmizin güc orqanlaırnın son dərəcə peşəkar və operativ şəkildə fəaliyyət göstərdiyni nəzərə alsaq, əminliklə söyləmək olar ki, bu “görüş” uzaqda deyil.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
25 12 2025
24 12 2025
24 12 2025
24 12 2025

























