Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (14-02-2016, 09:28)
Bu gün Sevgililər Günüdür

 

 

Bu gün - 14 Fevral bütün dünyada Sevgililər Günü kimi qeyd edilir. 

Mediatv.az xəbər verir ki, sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi. Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin şəkildə evləndirirdi. 

Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq döyülərək öldürüldü. O, 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra 14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün dünyaya yayıldı.

Lakin bu günlə və Valentinlə bağlı digər şayiələrə əsaslanaraq eləcə də Sevgililər Günü Qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq ölkələrində bir qədər çətin qəbul edilir. 

Azərbaycanda da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri dəyərlər prizmasından çıxış edərək “Sevgililər Gününün” tək xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər. 

Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər Gününün gəlişinə sevinirlər.

“Sevgililər Gününün” dini və ideoloji tərəfi ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur.

Qeyd edək ki, bu gün gül və suvenir biznesi ilə məşğul olanlar üçün də əsl bayramdır. Belə ki, 14 fevral günü milyonlarla gül və suvenirlər satılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024