Mədəniyyyət (23-12-2015, 18:16)
MTRŞ yenə ANS-i cərimələdi - 161 min
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Mediatv.az-a MTRŞ-dən daxil olan məlumata görə, iclasda “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.
“ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.
Şura iclasında, həmçinin Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.