Mediatv.az-ın Virtualaz.org saytına istinadən əldə etdiyi xəbərə görə, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.
Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram” verilişi ilə bağlı olub. MTRŞ son aylar ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib. Səbəb kimi verilişdə etik normaların pozulması göstərilib.
İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.