Mədəniyyyət (1-06-2015, 19:24)
Nazirlik 5 hotelə ulduz verdi
Mədəniyyət və Turizm Nazirliyi may ayında Azərbaycanda fəaliyyət göstərən 5 hotelin təsnifatını apararaq onlara dərəcə sertifikatı verib.
Mediatv.az-ın xəbərinə görə, Nazirlikdən verilən məlumata görə, may ayında Bakı şəhərində "Hilton Hotel Baku" mehmanxanasına 5, Şamaxı rayonunda "Samaxı Palace Platinum by Rixos" mehmanxanasına 5, Qəbələ rayonunda "Qafqaz Resort Hotel" mehmanxanasına 5, "Duyma" mehmanxanasına 4 və Mingəçevir şəhərində “River Side"mehmanxanasına 4 ulduz verilib.
Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.
Mehmanxanaların təsnibatı mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə aparılır.