Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-09-2014, 11:04)
Naxçıvana 200 mindən çox turist gəlib

 

Cari ilin ötən səkkiz ayında muxtar respublikaya 200 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. 

 

“Mediatv.az” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ildən-ilə muxtar respublikaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkələrin vətəndaşlarıdır.

Bu baxımdan təkcə cari ilin avqust ayında muxtar respublikaya 11 min 333 əcnəbi gəlib. Muxtar respublikaya Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ, Baltikyanı ölkələr, Koreya Respublikası, Çin və digər dövlətlərdən turist axını müşahidə edilməkdədir.

Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri, mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə hər cür şərait mövcuddur.

Muxtar respublikaya rekreasiya, ziyarət, işgüzar, müalicə, tanışlıq və s. məqsədlərlə səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunur, onlar üçün ekskursiyalar təşkil edilir.

“Gəmiqaya turizm” firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024