Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (4-05-2015, 12:24)
Azərbaycanlı bəstəkar Türkiyə şirkəti ilə müqavilə bağladı

Azərbaycanlı bəstəkar Türkiyə şirkəti ilə müqavilə bağladı

 

Azərbaycanlı bəstəkar Pərviz Mahmudov Türkiyənin “Elenor” şirkəti ilə müqavilə bağlayıb.Mediatv.az-ın məlumatına görə, bir müddət öncə ifa etdiyi “Canımda cansan” mahnısına görə türk şirkətindən təklif alan bəstəkar planlarını açıqlayıb: “Mahnımı çox bəyəniblər. Əslində mən bu mahnının piarını demək olar ki, etmədim. Bir Araz FM-də səsləndi, bir də internetdə yayıldı. Neçə vaxtdır ki, yükləmə sayına görə birinci yerdədir. Türkiyənin “Elenor” şirkəti də mahnımı məhz saytda görüb. Ümumiyyətlə mənim xasiyyətim belədir. Çox üzdə olmağı sevmirəm. Hər gün efirlərə çıxmaq hələ bir iş görmək demək deyil. Efirlərdə tullanıb düşən, adını bəstəkar qoyaraq plagiat mahnılar yazanlar ildə bir musiqi ortaya çıxarıb elə bəh-bəhlə danışırlar ki... Düz 10 ildir bu sahədə ən uğurlu insanlardanam, amma bir dəfə də bəstələrimi şişirtməmişəm. Heç buna ehtiyac da yoxdur. Çünki hər gün demək olar ki, bütün televiziya verilişlərində öz musiqilərimlə tamaşaçıların qonağı oluram”.

 

Bəstəkar həmçinin bildirib ki, müqaviləyə əsasən “Canımda cansan” mahnısı Türkiyənin “Elenor” şirkəti tərəfindən tezliklə single olaraq buraxılacaq. Mahnının sözləri Aygün İsmayılovaya, musiqisi isə bəstəkarın özünə aiddir. Pərviz Mahmudov bu işdə ona türkiyəli söz yazarı Aişə Birgül Yılmazın da yardımçı olduğunu deyib.

 

Qeyd edək ki, Türkiyənin “Elenor” şirkəti illərdir fəaliyyət göstərir. Bülənt Ərsoy, Müslüm Gürsəs, Kibariyə, Ajda Pekkan, Zeki Müren, Demet Akalın, Ferdi Tayfur, Gülbən Ərgən, Muazzez Ərsoy, Linet və bir çox sənətkarlarla çalışıb.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024