Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-12-2014, 18:30)
Firəngiz Əlizadə “Qremmi”yə namizəd oldu


Beynəlxalq “Qremmi” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb

 

Axşam.az-ın məlumatına görə, siyahıda yer alan üç namizəddən biri azərbaycanlı bəstəkar, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadədir. Mükafatın digər iki namizədi isə amerikalı Lera Auerbax və Meçislav Vaynberqdir.
Azərbaycan Bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafata namizəd göstərilir.
Xəbərə münasibət bildirən F.Əlizadə bunları deyib:
“Bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəfəqiyyətlər əldə etmiş ən məhsuldar nümayəndələrindən olan amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq - yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.
Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.
Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.
Qeyd edək ki, Beynəlxalq “Qremmi” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024