Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (4-11-2024, 13:49)
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Solmaz Sadıqova” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

 Solmaz Azay qızı Sadıqova 1959- cu il noyabr ayının 5-də Zərdab şəhərində anadan olmuşdur. 1976-cı ildə Zərdab şəhər 1 saylı orta məktəbi bitirmişdir.
1980-1985-ci illərdə Azərbaycan   Dövlət Universitetinin (indiki BDU)  Kitabxanaçılıq (hazırda İnformasiya və sənəd menecmenti) fakültəsində təhsil almışdır. 1985-ci ildə təyinatla F.Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük kitabxanaçı, elmi katib, 1986-1994-cü illərdə Elmi-metodika       şöbəsinin müdiri vəzifələrində işləmişdir.
1987-1989-cu illərdə Azərbaycan KP MK yanında Partiya-təsərrüfat fəalları fakültəsinin ideoloji iş şöbəsini bitirmiş, 1985-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayon  kitabxanaları üzrə Birləşmiş Partiya Təşkilatının katibi olmuşdur. İşlədiyi müddətdə Moskva və Kiyev şəhərlərində elmi, eləcə də respublikamızın müxtəlif bölgələrində əməli və metodiki ezamiyyələrdə olmuşdur. 1994-cü ildən BDU-nun Biblioqrafiyaşünaslıq (hazırda Sənəd menecmenti) kafedrasında baş laborant olmuş, həmin ildən saathesabı dərs aparmışdır. 1995-1999-cu illərdə həmin kafedrada fəlsəfə dokoru proqramı üzrə doktorant (qiyabi) olmuş, 2004-2008-ci illərdə müəllim, 2008-ci ildən  baş müəllim vəzifəsində çalışmışdır.
 2006-2009-cu illərdə Kitabxanaçılıq-informasiya (hazırda İnformasiya və sənəd menecmenti) fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsində işləmişdir.
2011-ci ildə “Azərbaycan mətbuatının (kitab və dövri nəşrlər) biblioqrafik repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000-ci illər)” mövzusunda dissertasiya işi müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ildən dosent əvəzi olmuş, 2017-ci ildə Biblioqrafiyaşünaslıq (indiki Sənəd menecmenti) kafedrası üzrə dosent elmi       adı verilmişdir.
2017-ci ildən 2021-ci ilədək elmlər doktoru proqramı üzrə doktorant olmuş, “İnformasiya cəmiyyəti şərai­tində Azərbaycan kitabxanalarında biblioqrafik fəaliyyətin innovativ formaları və elmi metodları (Azərbaycan Respub­likası elmi və sahəvi kitabxanalarının materialları əsasında)” mövzusunda doktorluq dissertasiyasını uğurla başa çatdırmışdır.
Dosent Solmaz  Sadıqova AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya  İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 - Birdəfəlik Dissertasiya şurasının   3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə  Elmi seminarının katibidir. Qeyd etmək lazımdır ki, 2015-2017-ci illərdə BDU  İnformasiya və sənəd menecmenti fakültəsində fəaliyyət göstərən  dissertasiya şurasında elmi seminar katibi olmuşdur.
Bakalavriatura və magistratura səviyyələrində “Biblioqrafiyaşünaslıq” (Azərbaycan və rus bölmələrində), “Sosial-siyasi informasiya resursları” (Azərbaycan və ingilis bölməsində), “Xarici biblioqrafiya” (Azərbaycan və rus bölmələrində), Azərbaycan biblioqrafiyasının tarixi”, “Azərbaycan biblioqrafik informasiya resursları” (rus bölməsi), “Uşaq və gənclər ədəbiyyatının biblioqrafiyası” (rus bölməsi), Elmmetrik təhlil üsulları  və vasitələri” “Rəqəmsal bilgi və tədqiqat bacarıqları” (rus bölməsi) və magistratura  səviyyəsində “Azərbaycan milli ideologiyasının biblioqrafiyası”, “Humanitar elmlərin biblioqrafiyası”, “Biblioqrafiyaşünaslığın tədrisi metodikası”, “Biblioqrafiya­şünas­lığın tədqiqat üsulları”, “Soraq-biblioqrafiya xidmətinin təşkilinin idarə olunması” (ingilis bölməsi) fənlərini tədris edir.
Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə “Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə” Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 2010-cu ilin noyabrında BDU-nun “Universitetdaxili 50+50 qrantlar proqramı” çərçivəsində təqdim etdiyi layihə qalib olmuş və onu uğurla icra etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və fakültənin 50 illik yubileyi münasibətilə Fəxri fərmanla (2012) təltif edilmişdir.  2002 və 2016-cı illərdə BDU rektorluğunun Təşəkkürnaməsinə, 2002, 2013 və 2018-ci illərdə Fəxri fərmana layiq görülmüşdür. BDU-nun 100 illik yubiley medalı ilə (2019) və “Uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə BDU-nun Fəxri fərmanına (2019-cu il) layiq görülmüşdür. BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 60 illiyi münasibətilə Fəxri fərmanla (2022) təltif edilmişdir. YAP Yasamal rayon təkilatının  Qadınlar şurası Rəyasət Heyətinin üzvü kimi, eləcə də, ölkəmizdə keçirilmiş Prezident və parlament  seçkilərində fəal iştirak etmiş, öhdəsinə düşən vəzifəni uğurla yerinə yetirmişdir.
Dosent Solmaz Sadıqova 1 qrantın qalibi, 200-ə yaxın elmi əsərin, o cümlədən 28 kitab,  Azərbaycan, rus  və ingilis dillərində elmi məqalə və tezislərin, fənn proqramlarının, 1 monoqrafiyanın, 2 dərs vəsaitinin və s. müəllifidir. O, bir sıra  biblioqrafik əsərlərin müəllifi, Ümummilli Liderimiz Heydər Əliyevə həsr edilmiş (2003)  biblioqrafik məlumat kitabının həmmüəllifidir. Kitab  Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində ilk addım olmaqla Azərbaycan (434 səhifə), rus (446 səhifə) və ingilis (455 səhifə) dillərində tərtib edilmişdir.
S.A.Sadıqova uzun illər fakültədə nəşr olunan “Kitabxaşünaslıq və biblioqrafiya” jurnalının ərsəyə gəlməsində yaxından iştirak etmişdir.
Bir sıra xarici ölkələrin, o cümlədən, Kanada-Toronto, Qazaxıstan, Avstriya-Vyana, Ankara-Türkiyə, Ukrayna, Sankt-Peterburq, Moskva, Kursk, Nyu-York, Qırğızıstan, Bişkek, Özbəkistan və s. nüfuzlu jurnallarında Azərbaycan, ingilis və rus dillərində məqalələri çap edilmiş, beynəlxalq konfransların iştirakçısı, təşkilat komitəsinin üzvü və bölmə sədri olmuş, sertifikatlara layiq görülmüşdür.
S.Sadıqova “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” (2020), “Təhsildə yeni çağırışlar” (2021), “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” (2021), “Rəqəmsal öyrənmə və öyrətmənin dizaynı (Blackboard)” (2021), “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” (2021), “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və şərq-qərb ədəbi-mədəni irsi” (2021), “Sənəd və informasiya menecmeni üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” (2022), “Müasir dünyada elm və mədəniyyət dialoqu” (2022), Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” (2023), “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” (2023), “Multikultural cəmiyyətdə kitabxanaların rolu” (2023) mövzusunda keçirilmiş respublika və beynəlxalq elmi konfranslarda, simpozium və forumlarda iştirakına görə sertifikatla təltif olunmuşdur.
AMEA Mərkəzi Elmi Kitabxanasında “Kitabxanalarda biblioqrafik təsvir qaydalarının işlənməsi” (2023) mövzusunda keçdiyi seminar-treninqə görə kitabxananın baş direktoru tərəfindən fakültə dekanına təşəkkür məktubu ünvanlanmışdır.
Dosent Solmaz Sadıqovanın 2018-ci ildə çapdan çıxmış monoqrafiyası “Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında” adlanır. Qlobal informasiya məkanında Azərbaycan milli biblioqrafiyasının yeri, rolu və əhəmiyyətindən bəhs edən monoqrafiya Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuşdur. Həmin ildə elmi məqaləsinin biri (İnitial resources on socio-political information ) xaricdə “The European Journal of Humanities and Social Sciences” jurnalında Vyanada (inilis dilində) çap olunmuşdur.
Son illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş “Təkmilləşdirmə kursları”nı (2021) uğurla başa vurmuş, rektor Elçin Babayev tərəfindən sertifikat almışdır.“Tədqiqatçılar arasında transdisiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə fəaliyyətinin təşkili” (2024), “Elmi tədqiqat işlərinin yazılmasında akademik qaydalar” mövzunda keçirilmiş beynəlxalq təlimləri uğurla başa vurduğuna görə  sertifikat verilmiş, “Библиографоведение” (2023) “Azərbaycan milli ideologiyasının biblioqrafiyası”, “Humanitar elmlərin biblioqrafiyası”, “Biblioqrafiyaşünaslıq” (2024) adlı fənn proqramları nəşr olunmuşdur.
2002-ci ildə Açıq Cəmiyyət İnstitutunun kitabxanaçılar üçün keçirdiyi üç aylıq ingilis dili kurslarında uğurla iştirak etmiş  və sertifikat almışdır.
S.A.Sadıqova dəfələrlə ADİU-nun və ADMİU-nun kitabxana işçilərinin attestasiya komissiyasının üzvü kimi fəal iştirak etmişdir.
O, 2021-ci ildə BDU-da təşkil olunmuş Blackboard proqramı üzrə 40 saatlıq kursu və imtahanı müvəffəqiyyətlə bitirmiş,  Sertifikat  və mükafat  almışdır.
2023-cü ildə  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyat”ı forumu 1 sentyabr Şamaxı şəhərində, 2-3 sentyabr Güıüstan sarayında və 3 sentyabr Heydər Əliyev Mərkəzinin qarşısında “Qərbi Azərbaycanın etnomədəni mühitinə   səyahət” adlı tədbirlərdə fəal iştirak etmişdir.
2023-cü il may ayının 2-də məzunu olduğu Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin 100 illik yubileyinə fəxri məzun kimi dəvət edilmiş, təntənəli tədbirdə fəal iştirak etmişdir.
2024-cü il oktyabrın 13-də “Qadın həmrəyliyi forumu-Bakı zirvəsi”ndə fəal iştirakına görə sertifikat almışdır.
Milli Kitabxananın əməkdaşları tərəfindən dəyərli biblioqrafiyaşünas alimin həyat və fəaliyyətinə həsr olunmuş “Biblioqrafiyaşünas alim Solmaz Sadıqova adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Solmaz_Sadiqova/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə  biblioqrafiyaşünas alimin müəllifi, tərtibçisi olduğu, rəy verdiyi kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələri Azərbaycan və müxtəlif dillədə nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024