Mədəniyyyət (6-02-2024, 13:57)
Kino Agentliyinin baş direktoru kim olacaq? - Müşfiq Hətəmovun cəhdləri...
Məlum olduğu kimi, ötən ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs yaradılıb.
Sərəncama əsasən, agentliyə rəhbərliyi Baş direktor həyata keçirməlidir. Lakin bu günədək ARKA-ya baş direktor təyin edilməyib.
Agentliyin işinə hələlik yazıçı-jurnalist, baş direktorun müşaviri Orxan Fikrətoğlu rəhbərlik edir.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, ARKA-nın rəhbərliyinə bir neçə nəfər iddialıdır. Onlardan birinin ssenarist, kinoprodüser, "Space" TV-nın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov olduğu bildirilir.
Qeyd edək ki, o, "Space"ə gəlməzdən öncə uzun müddət kino sahəsində çalışıb. "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022) olub.
Məlumatlı mənbənin bildirdiyinə görə, "Space"dəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Müşfiq Hətəmov ARKA-nın rəhbərliyinə təyin olunmaq üçün cəhdlər etsə də, hakimiyyətin yuxarı eşalonundakı dostları buna razılıq verməyəcəklər.
"ARKA-nın rəhbərliyinə təyinat böyük ehtimalla Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransından sonra həyata keçiriləcək. Bu posta iddialı olan xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovadan hansı seçkidən qalib gələrsə, İttifaqın sədri, digəri isə Kino Agentliyinin rəhbəri olacaq", - deyə mənbə bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024