Mədəniyyyət (6-01-2024, 10:32)
"Onu ilk dəfə toya da, efirə də mən aparmışam" -Məşhurlar Gülbahar Şükürlüdən danışdı
Əməkdar artist, məşhur qarmon ifaçısı Gülbahar Şükürlünün ölüm xəbəri sənət aləmini də yasa boğub. Sənət yoldaşları əməkdar artisti Moderator.az-da anıblar.
Əməkdar artist Gövhər Rzayeva bu xəbərdən sarsıldığını bildirib.
“Allah rəhmət etsin, o biri dünyasını versin. Günahlarını bağışlasın. Həyatdır da. Bir gün varıq, bir gün yoxuq. Ona görə də həyatda mehriban olmaq lazımdır. Allah özü bilən məsləhətdir. Kimin əcəli harada tamamdır, orada da rəhmətə gedir. Zəng edib səhhətini soruşurdum, deyirdim ki, gəlim gedək yemək yeyək. Nə vaxt efirə çıxırdısa adımı çəkirdi. Hər zaman ifalarımdan, sənətimdən yararlandığını deyirdi. Ruhu şad olsun” deyə Gövhər xanım bildirib.
Əməkdar artist, uzun illərdir mətbuatdan uzaq düşən sevilən müğənni Kəmalə Rəhimli də qarmon ifaçısı haqda özəl olaraq bizə müsahibə verib:
“Gülbahar Şükürlünün ölüm xəbəri mənim üçün çox ağırdır. Allah ona rəhmət etsin. Ailəsinə, yaxınlarına baş sağlığı verirəm. Onu ilk dəfə toya da mən aparmışam, televiziyaya da mən çıxartmışam. İlk mahnısını da mən oxumuşam. Sonradan əlaqəmiz kəsildi. Çox uzun aralar oldu. O başqa müğənnilərlə çalışmağa başladı, mən nə deyə bilərdim ki?! Axır vaxtlar amma onunla danışırdım. Həyat yoldaşı rəhmətə gedəndə zəng edib başsağlığı verdim. Deyirdi ki, ölüb-dirilirəm. Ürək-dirək verirdim, deyirdim ki, Allah köməyin olsun, yaxşı olacaqsan. Elə hey məni tərifləyirdi. Deyirdi ki, filankəsə də demişəm ki, Kəmalə mənə bunu edib, onu edib. Ruhu şad olsun” deyə Kəmalə Rəhimli deyib.
Tanınmış şair Zenfira Əlişqızı bildirib ki, Gülbahar xanım xəstə olsa da, hər zaman pozitiv idi:
“Xəstə olduğunu hamımız bilirdik, amma ölümünü heç gözləmirdik. Çox həyata bağlı insan idi. Arzuları da çox idi. Mehriban, zarafatcıl xanım idi. Xatirəmizdə hər zaman belə qalacaq. Onun haqqında keçmişdə danışmaq çətindir. Gülbaharın qarmonu bu andan fəryad qoparacaq, ancaq o fəryadı kimsə eşitməyəcək... Gözəl sənətkar, gülərüz bacım, bu gediş səni sevənləri sarsıtdı” deyə o bildirib.
Tanınmış qarmon ifaçısı Nizami Əsgərov da Gülbahar Şükürlünü xatırlayıb.
“Qadın qarmon ifaçılarından biri idi. Özü də gözəl ifa edirdi. Sentyabr ayının sonlarında danışdıq. 1 saata yaxın söhbət etdik. Ümumi səhhəti haqda da danışdı. Bir layihə var idi, istəyirdim ki, o, Gövhər xanım və Zakir müəllim də mənimlə birlikdə həmin layihədə olaq. Səhhətinin yaxşı olmadığını bildirdi. Elə oldu ki, həmin layihədə tək özüm iştirak etdim. Sənət aləmində hər kəsin sevincinə sevinmirlər. Bu sahədə də xudbin insanlar var. Ona bəlkə də paxıllıq edənlər var idi, amma rəhmətlik özü mübariz qız idi. Neqativ hallar baş versə də o daim yaradıcılığı ilə məşğul idi. Qadın toylarının bəzəyi idi Gülbahar xanım. Allah ona qəni-qəni rəhmət etsin” deyə sənətkar bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024