Mədəniyyyət (13-11-2023, 09:40)
"Azdrama"da nə baş verir? - İşdən çıxarılan teatrşünasdan ilginc açıqlamalar
Bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının (Azdrama) bədii rəhbəri Mehriban Ələkbərzadə rəhbərlik etdiyi teatrdan 10-a yaxın texniki işçini teatrdan uzaqlaşdırıb. Mehriban Ələkbərzadə onlara yaşla əlaqədar teatrdan çıxarıldıqlarını bildirib. Bədii rəhbər bu qərarın mədəniyyət naziri Adil Kərimlinin ona ünvanladığı məktub əsasında icra oldunğunu da qeyd edib.
Bəs, Akademik Milli Dram Teatrında nə baş verir?
Bu və digər suallara teatrşünas Çingiz Ələsgərov Qaynarinfo-ya müsahibəsində aydınlıq gətirib.
- Necə oldu ki, uzun illər işlədiyiniz teatrı tərk etməli oldunuz?
- Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri işləyirdim. Teatrda dəyişiklik oldu, yeni rəhbərlik gəldi. Həkimlər, müəlimlər var, işləyir, bu iki peşədə yaşlı adamlardan istifadə edirlər. Mən də bu sahənin peşəkarıyam, təcrübəli bir teatrşünasam. Məzuniyyətdən qayıdandan sonra teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə dedi ki, sizinlə yollarımız ayrılır. Dedim ki, mən səhnə adamı deyiləm, dram yazıram. Dedi ki, mən sizinlə işləmək istəyərdim, amma mədəniyyət nazirinin məktubu var.
- Adil Kərimlinin məktubunu sizə oxudular, yoxsa belə bir müraciətin olduğunu deməklə kifayətləndilər?
- Yox, sadəcə bildirdi ki, nazir bu məsələ ilə bağlı ona məktub ünvanlayıb.
- Mehriban Ələkbərzadə işdən çıxardığı adamlarlın hamısı ilə şəxsən görüşdü?
- Məni yanına tək çağırıb. Bildiyim qədəri ilə o biri əməkdaşları da bir-bir çağırıb. Əslində, onun dediyinə görə, məktubu nazir yay aylarında ünvanlayıb. Biz məzuniyyətə getdiyimizdən deməyib, qayıdıb gələndə bildirdi. Bir aydan sonra isə hamının əmrini verdirdi. İndi işsizik. Ümumiyyətlə, yaş senzi ilə bağlı qərar yoxdur. O vaxt bu tövsiyyə olunub. Amma bu gün bu tövsiyyənin ən çox şamil olunduğu məkan da teatrlardır.
Mədəniyyət siyasətində boşluqlar var. Bu nədir? Azərbaycan teatrları bərbad haldadır. Ölkədə 27-dən yuxarı teatr fəaliyyət göstərir. Xüsusi ilə bölgə teatrlarında ali təhsili olmayan əməkdaşlar işləyir, aktyorların əksəriyyətinin aktyorluq təhsili yoxdur. Mədəniyyət Nazirliyinin iş prinsipi bərbaddır. Son dövrlərdə hansı mədəniyyət naziri özünü doğruldub? Heç biri. Əbülfəz Qarayev çıxarılandan sonra orada işləyənlərin bəziləri məsuliyyətə cəlb olunub. Anar Kərimov da özünü doğrultmayıb. İndi də Adil Kərimli, bu da belə, gələn kimi yaşlı nəslin nümayəndələrini işdən çıxartmaqla bağlı məktubunu yazır. İxtisasca teatrşünasam. 40 ildən yuxarıdır ki, dramaturgiya ilə məşğulam. 40-dan yuxarı dram əsərim var, onlardan 30-a yaxını dövlət teatrlarında tamaşaya qoyulub. Bu boyda zəhmətin sahibiyəm, qapı göstərmək asandır, amma mən 45 il bu sənətə fayda vermişəm.
- Mehriban Ələkbərzadə teatrdan neçə nəfəri çıxarıb?
- 10 nəfərə yaxın texniki işçi çıxarıb.
- Qəribədir, dövlət teatrından 10-a yaxın işçi çıxarılır, amma səssiz-küy olmur. Onların arasında bir aktyor olsaydı, səsi ölkəni silkələyərdi...
- Hər kəs özü üçündür. Kimdir məndən ötrü özünü pis edən. Bölgə teatrları pis gündədir, onların heç birində mütəxəsis yoxdur. Pensiya yaşında olan aktyorlardan, mütəxsislərdən istifadə eləmək lazımdır. Yaşa görə çıxarılan adamları ora göndərmək olar. Nazirliyin funksiyası bilinmir, necə gəldi işləyirlər.
Mən Polad Bülbüloğlunun dövründə nazirlikdə işləyirdim. Teatrda tamaşa göstəriləndə, onlara baxıb rəy verdikdən sonra qəbul olunardı. Biz rəy verməsəydik, tamaşa qəbul olunmazdı. İndi belə şey yoxdur. Nazirlik bunu teatrların öhdəsinə buraxıb. Teatrlarda repertuar siyasəti deyilən bir şey yoxdur. Belə olan halda nə aktyor yetişər, nə də rejissor. Akademik teatrda gənc aktyorlar qalmayıb. Yaşı 30-dan aşağı olan kimsə yoxdur. Universitet il ərzində bu qədər kadr buraxır, hanı onlar? Mədəniyyət siyasətində böyük bir boşluq var. Ona görə də teatra kim rəhbər gəlirsə, öz evi kimi idarə edir. Elə bil bunların atasının teatrıdır, istədiyi kimi hərəkət edir. Mehriban Ələkbərzadə da Azər Paşa Nemətov kimi öz adamlarını yığıb gətirir. Kimlə arası yaxşı idi, onun adını yazıb yuxarıya göndərdi, ev, təqaüd, fəxri ad verdirirdi. Teatrın texniki işçisi ilə bağlı bir adam düşünmədi. Bəs biz? 10 ildən sonra görəcəyik ki, Mehriban Ələkbərzadənin siyasəti teatrı uçura aparıb.
- İşsizsiniz, həm də 10-a yaxın texniki heyət işsiz qalıb. Nə təklif edirsiniz?
- Mədəniyyət Nazirliyi bu məsələyə baxmalıdır və bu sahədə olan boşluqlar aradan qaldırılmalıdır, təcrübəli insanlardan istifadə olunmalıdır.
- Sizin əməyinizin qiymətləndirilməməsinin səbəbi nədir?
- Fəxri adlar daha çox şəxsi münasibətlərə görə verilir. Bizi heç vaxt bu məsələlərdə yaxına buraxmayıblar. Təqdimat getməlidir. Təqdimat hardan gedir? Teatrdan. Onu da verən olmayıb. Mənə heç bir şey verilməyib. 45 il zəhmətim hədər getdi. Yazmışam evə ehtiyacım var. Vermədilər.
- "Azdrama”dan çıxandan sonra işlə əlaqədar harasa müraciət etmisiniz?
- Azərbaycan Teatr Xadimləri İtttifaqına müraciət elədim, Xalq artisti Hacı İsmayılovun yanına getdim. Dedi mənim işə götürmək səlahiyyətim yoxdur. Mərhum Azər Paşa Nemətov hansı yolu gedibsə, indi Mehriban Ələkbərzadə onu təkrarlayır. Başa düşürəm, gələn öz düşüncəsi ilə gəlir, amma teatr kollektiv bir sənətdir. Teatr sənin deyil, dövlətindir. Bu gün odur, sabah başqası gələcək. Mənim sağlamlığım yerindədir, sənətimi də sevirəm. Niyə işləməyim? Burdan Adil Kərimliyə sələnirəm, bu qədər zəhməti olan bir insanın üstündən asanlıqla xətt çəkə bilməzsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024