Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (30-08-2022, 13:32)
Həbs edilən kriminal avtoritetə polis zabiti dəstək olubmuş

Həbs edilən kriminal avtoritetə polis zabiti dəstək olubmuş


Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxladığına görə tutulan və şəhərdə “Demanlı Gündüz” adı ilə tanınan kriminal avtoritet Gündüz Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Gündüz Novruzov Şirvan şəhərindəki “vəziyyət”ə qardaşı Çingiz Novruzovla birgə baxıb. Belə ki, qəsdən adam öldürmə (İran vətəndaşı olan TIR sürücüsünün qətli), narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah gəzdirmə və sair cinayətlərdə təqsirləndirilərək məhkum edilmiş Gündüz Novruzov həbsdə olduğu müddət şəhərdə kriminal dairələrə və sair qeyri-qanuni işlərə onun qardaşı Çingiz nəzarət edib. Bir müddət əvvəl isə Çingiz qanunsuz silah daşımaya görə həbs edilib və Gündüz azadlığa çıxaraq “nəzarət”i öz üzərinə götürüb.


Bildirilir ki, təxminən 10 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Azər Məmmədov həbs edilərkən onun Novruzov qardaşları ilə əlaqəsi üzə çıxıb. Belə ki, həmin vaxt polis zabiti öz səlahiyyətlərindən sui-istifadə edərək Gündüz və Çingiz Novruzovlara Şirvan şəhərindəki qeyri-qanuni fəaliyyətlərində dəstək verib. Həmin vaxt işdən çıxarılaraq polis sistemindən kənarlaşdırılan bölmə rəisi məhkəmənin hökmü ilə məhkum edilib.

Əldə etdiyimiz digər məlumata görə, Gündüz Novruzovun saxlanılması Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş tutub. Belə ki, polis əməkdaşları onun “Porsche Cayenne” markalı avtomobilində narkotik vasitə axtarsalar da, maşından avtomat da çıxıb.

Nizam Rza




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024