Kriminal (9-08-2022, 16:14)
Sabiq "gömrük şefi" çətin durumda
Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin qəfil işdən çıxarılması onun həbs olunması barədə mülahizələrə yol açmışdı.
"Mediatv.az" qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı ictimai mühitdə aparılan müzakirələrdə Səfər Mehdiyevin yaxın vaxtlarda həbs olunacağı iddia edilirdi. Bu mülahizələrə səbəb Səfər Mehdiyevin Dövlət Təhlükəsizlik Xidmətinin DGK-da keçirdiyi əməliyyatdan sonra işdən çıxarılması idi.
Məlumat üçün deyək ki, DTX iyulun 10-da DGK-da əməliyyat keçirib. Əməliyyata səbəb bu sahədəki qanun pozuntuları ilə bağlı DTX-yə daxil olan məlumatlar olub. Həmin məlumatlar əsasında iyunun 10-da cinayət işi və əməliyyat tədbirləri başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, DGK yanında "Azərterminalkompleks" birliyinin direktoru Xəlilov Ehtiram Səyyaf oğlu gömrük hərracları qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olaraq dövlət mülkiyyətinə keçirilmiş malların və avtomobilləri real dəyərindən aşağı qiymətləndirilməsi və satışını təmin edirmiş.
"Azərterminalkompleks" birliyində gömrükdə müsadirə olunan mallar toplanaraq hərracda satılmalıdır. Amma DTX-nın araşdırmaları nəticəsində məlum olub ki, terminalın rəhbərliyi həmin malları qəsdən dəyərindən aşağı qiymətləndirərək rüşvət müqabilində müxtəlif şəxslərə satdırırmış.
"Azərterminalkompleks"in direktoru Ehtiram Xəlilov bu işlərə görə öz işçiləri vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət alıb.
Cinayət işi üzrə Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ehtiram Xəlilov DGK-nın sıradan bir işçisi olmayıb. General-mayor rütbəsi daşıyan bu şəxs qurumun necə deyərlər elitasında təmsil olunub.
Onunla yanaşı, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov da həbs olunub. Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində general-mayor barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Məsum Rəsulovun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services” MMC, "Nanoc” MMC, "Veqa-Servis” MMC, "Meqan Group” MMC, "Omega Servis IKO” MMC, "Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bu həbslərdən qısa müddət sonra, yəni, iyulun 16-da Səfər Mehdiyev işdən çıxarılıb. Beləliklə, bu fakt keçmiş sədrin də həbs oluna biləcəyi barədə mülahizələrə səbəb olub.
DGK-nın açar fiqurlarından olan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi isə Səfər Mehdiyevin həbs olunacağı barədə ehtimalları bir qədər də gücləndirib.
Onun həbsi barədə bir neçə gün əvvəl məlumat yayılıb. Bildirilir ki, o, DGK-nın yüksək vəzifəsli şəxsləri barəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Artıq ona ittiham elan edildiyi bildirilir. Məlumata görə, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Əbülfəz Məlikov uzun illərdir ki, DGK-da kök salmışdı. Mediada gedən məlumatlardan aydın olur ki, idxal-ixrac əməliyyatlarına faktiki olaraq o nəzarət edirmiş. Əbülfəz Məlikovun "Broker” MMC vasitəsilə monopoliyanı, korrupsiyanı çiçəkləndirdiyi barədə mediada kifayət qədər yazılıb. Həmin materiallarda onun DGK-nın "qara kassası” olmasına dair iddialar da yer alıb.
Bəzi mülahizələrə görə, Əbülfəz Məlikovun həbsi Səfər Mehdiyevin eyni aqibəti yaşamasını şərtləndirə bilər. Çünki o, gömrükdəki "qara fəaliyyət”in bütün sirlərini özündə daşıyır.
Əbülfəz Məlikovun həbsindən sonra Səfər Mehdiyevlə bağlı qalmaqallı videonun yayılması da onun həbs ediləcəyini düşünənlərin arqumentlərini gücləndirib. Söhbət onunla yol polisi arasındakı qalmaqlı əks etdirən videodan gedir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin olay 5-6 ay əvvəl baş verib. Videonun indi üzə çıxması isə təsadüfi sayılmır və Səfər Mehdiyevin həbsini sürətləndirə biləcək faktlardan biri kimi dəyərləndirilir.
Bütün bunlar hələ ki, mülahizələrdir. Lakin Səfər Mehdiyevin hazırda çətin durumda olduğu birmənalıdır...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024