Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (28-02-2014, 13:34)
Bakının kriminal gündəmi

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir: 

 

Fevralın 27-si saat 12:30 radələrində naməlum şəxs Bakıxanov qəsəbəsi İ.Xəlilov küçəsində yerləşən Lombarda daxil olub, əlindəki bıçaqla orada işləyən Bakı şəhər sakini Ülkər Teymurluya xəsarət yetirərək, pul və qızıl tələb edib. O, həmin vaxt Ü.Teymurluya köməyə gələn, yaxınlıqdakı mağazada işləyən Natiq Əliyevə də xəsarət yetirərək qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yuriy Sergeyeviç Paşutkin Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub. 

20 dekabr 2013-cü il tarixdə naməlum şəxs Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yaşayan Dürdanə Museyibovanın mənzilinə pəncərəni sındıraraq daxil olub, mətbəxdən götürdüyü bıçaqla onu hədələyərək 1000 manat pulunu və mobil telefonunu götürüb. Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 1-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Vüsal Əkbərov yaxalanıb. 

Fevralın 26-na keçən gecə Babək prospektində yerləşən Turan Səfərova məxsus mağazadan, içərisində 4000 manat olan seyf, dolabdan 1000 manat və elektrik ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - Məmməd Hüseynov, Mehdi Zeynalov və Sədi Zeynalov tutulublar. 

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024