Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 09:47)
“Vəkil” Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -...hədə-qorxuya və şantaja əl atıb

 
Şirvan şəhəri sakini Əsədullayev Nicat redaksiyamıza müraciət edərək “vəkil” adı altında fəaliyyət göstərən Səbiyyə Panəliyeva onu aldadaraq ümumilikdə 1980 manat məbləğində pulunu mənimsədiyini bildirib. Vətəndaşın sözlərinə görə, həmin şəxs heç bir hüquqi statusu və vəkillik vəsiqəsi olmadan onu inandıraraq xidmət vədi verib və ödəniş alıb.

 Nicat Əsədullayev qeyd edir ki, ödədiyi məbləğin bir qismini geri ala bilsə də, hazırda 595 manat hələ də geri qaytarılmayıb. Daha acınacaqlısı odur ki, o, pulu tələb etdikdə qarşı tərəf təhqirə, hədə-qorxuya və şantaja əl atıb:
“Əvvəlcə vəkil kimi təqdim etdi özünü. Mən də inandım, dediyi məbləği ödədim. Amma heç bir iş görmədi. İndi də pulu tələb etdiyim üçün məni təhqir edir, ailəmi narahat edir, psixoloji təzyiq göstərir.”
Zərərçəkmiş bu şəxsin fəaliyyətinin hüquqi məsuliyyət doğurduğunu bildirib və məsələnin ictimailəşdirilərək aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edir.
Bu cür hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət məsuliyyəti yarada bilər.
Media orqanı olaraq qarşı tərəfi də mövqeyini açıqlamağa dəvət edirik. Əgər iddialar təsdiqlənərsə, hüquq-mühafizə orqanlarının dərhal müdaxilə etməsi və digər vətəndaşların da aldadılmasının qarşısının alınması vacibdir.
Bu cür dələduz hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və KİV-ə məlumat verməkdən çəkinməyin.
Qeyd edək ki, Səbiyyə Panəliyeva haqqında əvvəldə xəbər verilmişdir.(XALQ)


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




шаблоны для dle 11.2

Xəbər lenti
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
27 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025
26 12 2025