Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Karusel (3-03-2014, 10:32)
Polis cinayətkarları tutub

 

 

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxtda baş vermiş kriminal hadisələrlə bağlı xəbər yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir: 

 

Martın 1-i saat 18:50 radələrində R.Səfərov küçəsində yaşayan Kamandar Çəltikov bıçaq xəsarətilə KTM-ə daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Tahir Atakişiyev Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən tutulub. 

Martın 1-nə keçən gecə B.Nuriyev küçəsində yerləşən, Elşən İsmayılova məxsus mağazadan məişət əşyaları oğurlayan Bakı şəhər sakini Şəfa İsmayılov Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Müəyyən olunub ki, o, həmin tarixdə Naxçıvanski küçəsində Rafiq Məmmədova məxsus «VAZ-2105» markalı avtomobildən maqnitafon da oğurlayıb.

Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Ramil Hüseynov tutulub.

Fevralın 23-ü saat 23:50 radələrində Maştağa qəsəbəsində naməlum avtomobil qəsəbə sakini Habil Bədəlovu vurub, zərərçəkmiş xəstəxanaya daxil olub və fevralın 24-də orada olüb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Oruc Sadıqov idarə etdiyi «Mercedes» markalı avtomobillə birlikdə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Xətai RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əşraf Məmmədov tutulub. Məlum olub ki, o, yanvarın 24-də Babək prospektində yerləşən, Səfura Nərimanovaya məxsus mağazadan, fevralın 14-nə keçən gecə Q.Nəbi küçəsində yerləşən, Məhbubə Eyvazlıya məxsus gözəllik salonundan, fevralın 27-də isə Sarayevo küçəsində yerləşən, Sevil Quliyevaya məxsus mağazadan oğurluq edib. Ə.Məmmədov bundan başqa fevralın 20-nə keçən gecə N.Tusi küçəsində yerləşən, Yaşar Nəsibova məxsus dərzi sexini, Samirə Mikayılovaya məxsus gözəllik salonunu və Elşad Mustafayevə məxsus mağazanı qarət edib. Yaxalanan şəxs fevralın 27-də yenidən E.Mustafayevin mağazasından oğurluq edib.

Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, martın 2-də Zabrat qəsəbəsində Kamal Ağarzayevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Kürdəxanı qəsəbə sakinni Qəzənfər Nəzərov tutulub.  

Martın 1-də 12 saylı xətt avtobusunda Bakı şəhər sakini Rəfail Musayevin cibindən, içərisində 40 manat olan pul kisəsi oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini İbadət Əhmədov Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 36-cı PB-nin əməkdaşları tərəfindən tutulub. 

Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Bakı şəhər sakini Mövlan Məmmədov tutulub və ondan 0.185 qram heroin aşkar olunaraq götürülüb.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024