Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-02-2014, 11:20)
21 yaşlı oğlan 48 yaşlı qadını maşınla vurdu

 

BŞBPİ paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Mediatv.az” həmin məlumatı təqdim edir: 

 

Fevralın 24-də Cavadxan küçəsində Quba rayon sakini Hacıbala Hacıyev şəxsi münaqişə zəminində Bakı şəhər sakini Pərviz Abdullayevi bıçaqla qətlə yetirdiyinə görə Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 24-də N.Şükürov küçəsində yaşayan Elvin İsaqova məxsus həmin ünvanda yerləşən mağazadan, qıfılı sındırmaq yolu ilə pul, tütün məmulatları və danışıq kartları oğurlanmışdır. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emil Poladov tutulub.

Fevralın 24-ü saat 19:50 radələrində Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Cəlal Məhərrəmov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə 1966-cı il təvəllüdlü Gülnarə Qəmbərovanı vurmuş və o, 7 saylı TTYS-da ölüb.

2013-cü il noyabrın 20-də Plotnikov küçəsində yaşayan Müsayir Məmmədovun mənzilindən, açıq qapıdan keçmək yolu ilə 555 manat və 2 ədəd mobil telefon oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Nəbi Nəbiyev tutulub.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Loğman Cəfərov tutulub.

Fevralın 21-də A.Şərifzadə küçəsində Yalçın adlı şəxs Bakı şəhər sakini Çingiz Müşkürovun cibindən 78 manat pulunu və mobil telefonunu götürüb qaçmışdır. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Yalçın Quliyev tutulub.

Fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar almışlar. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Camalov tutulmuşdur. Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsilə axtarışda olan Zahir İbrahimov tutulub.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024