Sosial (Bu gün, 18:18)
SON DƏQİQƏ! SPARK MMC-yə məxsus avto pompa ilə bağlı hadisə üzrə cinayət işi açıldı
Əldə etdiyimiz məlumata görə, yanvarın 12-si gecə saatlarında baş verən və 31 yaşlı fəhlə Abdullayev Tahir Yunsur oğlunun həyatını itirməsi ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açılıb. Fakt üzrə hazırda araşdırma aparılır.Hadisənin kimin məsuliyyəti ucbatından baş verməsi hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə yoxlanılır.
Bu hadisədə “SPARK MMC”yə məxsus avto pompanın texniki nasazlıq səbəbindən sıradan çıxması və təhlükəsizlik tələblərinə tam əməl olunmaması ehtimalı üzrə bir sıra şəxslərin istintaqa cəlb edildiyi bildirilir.Xatırladaq ki, Bakıda “Spark” MMC-yə məxsus avto pompa nasazlıq nəticəsində işlək vəziyyətini itirib və hadisə zamanı Salyan rayonunun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlu həyatını itirib.“Azərbaycan Reallığı”nın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Səbail rayonu ərazisində, “Hünər Group” şirkətinə məxsus ərazidə villaların tikintisi zamanı baş verib.Tikinti aparılan ərazidə avto pompanın texniki qaydalara uyğun olmayan şəkildə qurulmasının nasazlığa səbəb olduğu bildirilir. Nəticədə ağır nəticələrə səbəb olan hadisə qeydə alınıb.Etibarlı mənbənin verdiyi məlumata görə, bu hadisənin baş verməsində əsas səbəblərdən biri “Spark” MMC-də peşəkar mütəxəssislərin işdən uzaqlaşdırılması ilə bağlıdır.Məlumata görə, “Spark” MMC-nin beton zavoduna yeni təyin olunan direktor Vidadi Əliyev öz yaxın ətrafından və qohumlarından ibarət komanda formalaşdırıb. Bu isə uzun illər təcrübəsi olan kadrların işdən azad olunmasına gətirib çıxarıb.Bildirildiyinə görə, texniki şöbənin müdiri Anar Nağıyev də bu məsələdə məsuliyyət daşıyan şəxslər sırasındadır. Onun “Spark” MMC də daxil olmaqla beş şirkəti özündə birləşdirən “Azmade Group” MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun yaxın adamı olduğu iddia edilir.Mənbənin məlumatına görə, əvvəllər satıcı kimi fəaliyyət göstərmiş Anar Nağıyev qısa müddət ərzində anbardar, qaraj müdiri vəzifələrində çalışıb və daha sonra “Spark” MMC-nin texniki şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Qeyd edək ki, “Hünər Group”a məxsus ərazidə villaların tikintisi zamanı “Spark” MMC-yə aid avto pompa ilə bağlı baş verən hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir. Hadisə anına aid görüntülər təqdim olunub.“Azərbaycan Reallığı”
























