Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-10-2014, 12:04)
Bakıda 1 milyondan çox pul oğurlamış oğlanla bağlı – YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini 17 yaşlı İsmayıl Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prokuror bildirib ki, Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulmuş Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət edib. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, İsmayıl Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib.
Sonrakı araşdırmalarla 17 yaşlı peşəkar oğrunun başqa rayonların da ərazilərində çoxsaylı mənzilləri talaması məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. İsmayıl Qəhrəmanov ümumilikdə 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlayıb.

Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb.Məhkəmədə ifadə verən İsmayıl Qəhrəmanov özünü təqsirli bilib. O ifadəsində deyib ki, pulları dostları ilə qızlara xərcləyib. Gənc oğlanın sözlərinə görə, oğurluqdan əldə etdiyi pulları gecə klublarında qızlara sərf edib. İ.Qəhrəmanov əlavə edib ki, yoxsulluqdan əziyyət çəkən yaxın qohumlarına da əl tutub.

Təqsirləndirilən şəxs 2011-ci ildən bu işə başladığını deyib: “Ən sanballı oğurluq əməllərim isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlamışam”.

Mənzilləri seçərkən diqqətlə hərəkət etdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcədən müxtəlif yollarla kimin evdə olub- olmamasını yoxlayıb, sınaq cəhdləri edib: “Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurdum”.

Daha sonra prosesdə bir neçə zərərçəkmiş ifadə verib.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024