Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (21-02-2014, 12:29)
Azərbaycanda 26 minlik oğurluğun üstü açıldı

 

 

Zaqatalada baş verən 26 minlik cinayətin üstü açılıb. 

 

Zaqatala rayon Polis Şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə,  2014-cü il yanvarın 5-də vətəndaş Gülabatın Əhmədova polisə ərizə ilə müraciət edərək Ziliban kəndindəki evindən 26 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Dərhal hadisə yerinə gələn polis əməkdaşları zəruri istintaq əməliyyat tədbirlərinə başlayıblar. əməkdaşları ev oğurluğu cinayətinin üstünü açıb. Oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, 25 yaşlı İkram Mustafayev bu günlərdə saxlanılıb və o istintaqa ifadəsində əməlini etiraf edib. İkram Mustafayev bildirib ki, evdə qızıl zinət əşyalarının olduğunu ehtimal edib və oğurluq etmək qərarına gəlib. O, evdə heç kimi olmadığını dəqiqləşdirdikdən sonra gecə saatlarında evə daxil olaraq içərini talayıb.

İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, bu İkram Mustafayevin ilk cinayəti deyil. O, 4 il əvvəl də Yuxarı Tala kənd sakini Mehdi Əliyevin evinə daxil olaraq 8500 dollar, 7000 manat və külli miqdarda qızıl zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs bildirib ki, pulların hamısını xərcləyib. Qızıl zinət əşyalarını isə müxtəlif vaxtlarda sataraq pula çevirib. Faktla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxsin digər ehtimal olunan cinayətlərini araşdırır.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024