Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-09-2014, 17:39)
Sevdiyi qadını evə görə öldürmüş kişinin 6 il çəkən istintaqı bitdi: ömürlük həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini Qəhrəmanov Aydın Rəhman oğlunun məhkəmə prosesi keçirilib. Prosesə hakim Mahmud Ağalarov sədrlik edir

 

Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin sözügedən cinayəti tamah məqsədilə törətdiyini və hər iki şəxsi zəhərləyərək öldürdüyünü bildirib və A.Qəhrəmanova ömürlük həbs cəzası istəyib.
İstintaq materiallarına görə, Aydın Qəhrəmanov Bakı şəhər sakini Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib. 
Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinə müraciət edib. Bölmədə Aydın Qəhrəmanovdan bir daha Aidənin evinə ayaq basmayacağı barədə iltizam alınıb. Bu səbəbdən o, bir neçə ay Aidədən uzaqlaşıb.
Amma 2008-ci ildən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri yenidən düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, aptekdən “Finlepsin” və “Amirtiptilin” dərmanı alıb evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidəyə və Aidənin qardaşı qızı Samirəyə içirib. 
Bundan sonra isə Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən sui-istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib. 
Bu iş üzrə əvvəcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 2008-ci ildən bəri davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub. 
İstintaq hər iki şəxsi Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il, avqustun 27-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, nə istintaq zamanı, nə də məhkəmə prosesində Aydın Qəhrəmanov ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, heç kimi öldürmədiyini, əksinə, hər iki mərhumun, hətta onun özünün də İndira Yəhyayeva tərəfindən qurğuşun tozu ilə zəhərləndirildiyini bildirib. Prokurorun ağır cəza istəməsindən əsəbiləşən məhkum zaldan çıxarılarkən jurnalistlərə üz tutub: “Yalvarıram, mənim səsimi dövlət başçısına çatdırın. Nə olar, bu işi dərindən araşdırsınlar. Allaha and olsun ki, məni günahsız yerə həbs ediblər. Bu qədər ədalətsizlik olmaz, indi 37-ci il deyil axı...”
Məhkəmə prosesi sentyabrın 19-da saat 14-də davam etdiriləcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024