Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-03-2019, 17:30)
Müğənninin oğlunun cinayət işi geri qaytarıldı

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmənin hazırlıq iclası davam etdirilib.
Mediatv.az  xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə T.Vəliyevin vəkili Rəşad Mirmehdizadə bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib:
“Belə ki, istintaq zamanı T.Vəliyevin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib”.
Vəkil deyib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb:
“İttiham sadəcə söz yığınından ibarətdir. Heç bir sübuta, fakta əsaslanmır. Nə zamansa Tuncayla mərhum arasında mübahisə olub. Həmin zaman Tuncay “Rəşad bir də belə eləsə, ona soxacam” ifadəsini işlədib.
Bu isə sadəcə olaraq deyilən sözdür. Buna görə adamı həbs edib, cinayətkar çıxarmazlar. Heç bir sübut olmadığı halda müdafiə etdiyim şəxs niyə həbsdə qalmalıdır? Hesab edirəm ki, qeyd edilən pozuntuları aradan qaldırmaq üçün iş yenidən prokurorluğa qaytarılmalı və obyektiv şəkildə araşdırılmalıdır”, - deyə vəkil vəsatətində qeyd edib
Digər təqsirləndirilən Fərman Ocaqquliyevin vəkili də oxşar vəsatətlə çıxış edib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.
Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.
Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.
Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.
Bildirək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. T.Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024