Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-02-2019, 12:16)
Azərbaycan qadınlarını Türkiyədə satanla bağlı qərar verildi

 Nərimanov Rayon Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Mediatv.az-ın xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin olunub və G.Seyfullayevanın barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay artırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.
Məlum olub ki, Günay Seyfullayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada onları kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib. G.Seyfullayeva maddi imkanı zəif olan azərbaycanlı qadınları Türkiyədə xadimə işinə düzəltmək adı ilə aldadıb. O, həmin qadınları Türkiyəyə aparıb və orada rəsmi sənədlərini əllərindən alıb. Qadınların rəsmi sənədlərini cıraraq məhv edib. Sonra həmin qadınları mütəşəkkil dəstənin digər üzvlərinə verib. Mütəşəkkil dəstənin digər üzvləri həmin qadınları zorla müxtəlif ünvanlarda kişi müştərilərlə pul müqabilində görüşdürüblər.
G. Seyfullayevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024