Kriminal (11-12-2018, 11:00)
Bakıda kafedə qətllə bağlı bir nəfərin həbs müddəti uzadıldı

Mediatv.az-in xəbərinə görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, istintaq orqanının vəsatəti təmin olunub və H.Abbasquliyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri iki ay müddətinə artırılıb.
Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin “Şuşa şəhərciyi”nin ərazisindəki “Naxçıvan” kafesində bu ilin avqustun 9-da silahlı insident olub.
Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Gecə saat 22:00 radələrində naməlum şəxs “Kalaşnikov” markalı avtomatla kafeyə daxil olaraq atəş açıb.
Bakı şəhər sakinləri — əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib.
Nəticədə, Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025