Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (16-10-2018, 19:00)
“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi

“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin prosesi keçirilib. 

Mediatv.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. 

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiyini deyib. 

Sonra şahid qismində “Rabitə Bank”ın “Yasamal” filialının əməkdaşı Elvin Binyətov ifadə verib. O deyib ki, hadisə zamanı həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşıb ABŞ dolları verib:

“Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib, aidiyyəti quruma məlumat verdik”.

“Rabitə Bank”ın “Yasamal” filialının xəzinadarı Elçin İbrahimov da ifadəsində M.Rəsulovun  kartına 20 min dollar köçürmək istəyi ilə bağlı banka gəldiyini deyib:

“Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi dollar 18 min 900 idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı”.

Məhkəmə iclası oktyabrın 23-də davam etdiriləcək. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024