Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-02-2016, 21:22)
“Şərurlu İsfəndiyar”ın qardaşının adı - Mənzil dələduzluğunda hallanır

 

 

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Bildirilib ki, zərərçəkənlər 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. 
Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

“VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov məsuliyyəti “SAFARI-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun qardaşı İmran Axundovdur.

Qoşun Rəhimov ifadə verərək özünü qismən təqsirli bilib. O, bildirib ki, “VEDI-E” MMC-ni təsis edib. Onun sözlərinə görə, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Onun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O, qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub: “MMC-nin sahibi isə İmran Axundov idi. Hər ay hesabatı həmin MMC-nin mühasibatlığına vermişəm. Tikinti işləri isə 2 il müddətində aparılıb. Bu illər ərzində 24 dəfə MMC hesabat vermişəm. Burada mənzillərin satışından əldə olunan pullar və digər sənədlər olub. Tikinti aparılan binanın ərazisində olan torpaq sahəsi “SAFARI-N” MMC məxsus olub”.

O, qeyd edib ki, tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib: “Bu məbləğdən İmran Axundovun xəbəri olub. 2009-cu ildə tikinti yarımçıq saxlanılıb. Bundan sonra evlərin alıcılara paylanmasında gecikmələr oldu. Buna görə də alıcılar prokurorluğa şikayət etməyə başladılar. Şikayətlərin qarşısını almaq üçün həmin ərazidə tikinti aparmaq istədim, lakin buna “SAFARI-N” MMC-nin rəhbər şəxsləri imkan vermədi”. 
Məhkəmə prosesi növbəti həftə davam edəcək.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024