Kriminal (16-10-2018, 10:31)
İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər - FOTO
Oktyabrın 10-da saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan iki nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə DSX-nın mətbuat xidmətindən məlumat verilib.
Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən bir ədəd qara rəngli əl çantasının içərisində altı ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.
Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.