Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-09-2018, 11:43)
Arvadını qətlə yetirən şəxs: Onu namus üstündə öldürdüm

Arvadını qətlə yetirən şəxs: Onu namus üstündə öldürdüm

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfail Feyziyevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

Mediatv.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

R.Feyziyev sərbəst ifadə verərək, deyib ki, həyat yoldaşını namus üstündə öldürüb: 

“Arvadımın qardaşına, valideyninə məlumat verdim ki, sizin övladınız pis yoldadır. Ancaq bir tədbir görülmədi. Onun şəkilləri sosial şəbəkələrdə var idi. Yoldaşım sonradan deyirdi ki, kimsə onu narahat edir, ünsiyyət qurmağa vadar edir.

Mən bunu araşdırdım, bu barədə polisə məlumat verdim. Ancaq yenə də bir tədbir görülmədi. Şəkilləri sosial şəbəkədən götürüb, yoldaşıma göstərdim. O da qayıtdı ki, əcəb etmişəm, yaxşı eləmişəm. Bundan sonra cib bıçağını götürüb, onu qətlə yetirdim”. 

R.Feyziyev deyib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər də ifadə verib. 

Qeyd edək ki, Sumqayıtın 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü R. Feyziyevanı bıçaqlayaraq öldürüb. R.Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024