Kriminal (7-04-2018, 11:30)
Atasını baltalayan oğula ağır cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində 1971-ci il təvəllüdlü Qadir Cahangirovun Cinayət Məcələsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az-ın məlumatına görə, qətl bu il sentyabrın 3-də Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı evdə baş verib.
Belə ki, Qadir Cahangirov ailə münaqişəsi zəminində atası, 1947-ci il təvəllüdlü Arif Cahangirova balta ilə zərbələr vuraraq, onu ağır yaralayıb. Daha sonra, o həmin alətlə özünün də baş nahiyəsinə xəsarət yetirib.
Ata-oğul Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, Arif Cahangirov keçinib. Spirtli içkilərin aludəçisi olan Q.Cahangirovun hadisə zamanı sərxoş vəziyyətdə olması məlum olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.