Kriminal (25-03-2018, 10:30)
Mingəçevir sakini dostunu restoranda qətlə yetirib
Mingəçevir şəhərindəki restoranlardan birində gənclər arasında baş verən dava qanla nəticələnib.
Mediatv.az-ın APA-ya istinadən xəbərinə görə Mingəçevir sakini, 1998-ci il təvəllüdlü Həsənov Emil Çingiz oğlu dostu 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu ilə “Qədiroğlu” restoranında yeyib-içən zaman aralarında şəxsi münasibətlər zəminində dava baş verib.
Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib.
Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.
Orxan Mamedov sonradan vəziyyəti ağırlaşdığı üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.
İki dost arasında baş verən dava zamanı onları sakitləşdirməyə çalışan restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalovun da xəsarət aldığı bildirilir.