Siyasət (Bu gün, 12:54)
Müavini Qazini hədələyir, özü də şəhid ailəsinin mülkünə TAMAH SALIR... - ÖZBAŞINA QALIB...
Qəbələ rayon icra hakimiyyətinin Başçısı Səbuhi Abdullayev neçə ildir görəvdə olmasına baxmayaraq, bu günə qədər barəsində xoş söz deyilməyib. Bu barədə "DİA-AZ"a yazan sakinlər deyir ki, özünü Fövəqladə Hallar naziri Kəmaləddin Heydərovun darğası kimi aparan Səbuhi Abdullayev bir başçı kimi ancaq Qəbələni talaması ilə diqqətə gəlib. Hətta şəhid ailəsinin torpağına belə tamah salıb.
Bu barədə bir neçə müddət öncə də yazmışdıq. Və məlum olmuşdu ki, Səbuhi Abdullayev şəhid ailəsinin fındıq bağını quldur kimi ələ keçirib. Hətta "DİA-AZ" yazandan sonra "həmin bağları sahibinə qaytaracağıq" vədi verilsə də, sonradan aydın oldu ki, onlar bununla yalnız gözə kül üfürməyi, "yuxarıların" fikrini yayındırmağı düşünüblər. Və məsələ beləcə qapadıldı. "Yuxarılar" daha qayıdıb maraqlanmadı ki, bəs Səbuhi Abdullayev cənabları şəhid ailəsinin fındıq bağını özünə qaytardı, ya yox... (Gərəkirsə, bu barədə detallı faktları təkrar təqdim edə bilərik... hətta sənədlərimiz də var... -dia-az)
İndi isə özünün sosial şəbəkə hesabı vasitəsilə onlarla Qarabağ Qazisi müraciət etməkdə, Səbuhi Abdullayevdən gileylərini ifadə etməkdədir. Bu müraciətləri də zaman-zaman diqqətinizə çatdıracağıq. Məsələn, onlardan birində Üzeyir adlı Qarabağ qazisi yazır:
"Mən Qarabağ Qazisiyəm... 3-cü qrup əliləm. Keçən həftə Ariflə (Qəbələ Rayon icra başçısının müavini Arif Allahverdiyev nəzərdə tutulur -dia-az) mübahisə etdim. Mənə dedi ki səni 15 sutkalıq tutduraram.
Adama dərdimi deyə bilmirəm. Ancaq hədə-qorxu gəlir. Mütləq bir tədbir görülməlidir. Hər həftənin 5-ci günü Səbuhi Abdullayevin qəbulu olur. Mən hələ Səbuhini görə bilməmişəm..."
Məsələ diqqətimizdədir. Qəbələdəki acınacaqlı durumla bağlı yeni və daha geniş bilgiləri təqdim edəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026

























