Kriminal (22-11-2017, 22:00)
Virtual karabakhyuxarı Türkiyə vətəndaşını öldürərək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
Ukraynanın Odessa şəhərində nadir rast gəlinən hadisə baş verib.
Mediatv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ukrayna Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində Türkiyə vətəndaşı satanistlər (şeytana sitayiş edənlər) tərəfindən öldürülüb.
Cinayəti iki Türkiyə, bir İtaliya və bir Azərbaycan vətəndaşı törədib. Cinayətkarlar artıq tutulub.
Onlar 25 yaşlı Doruxan Ünalı Odessa şəhərində mənzilində əvvəlcə başından vuraraq öldürüb, sonra isə cəsədi xüsusi ritualla yandırıblar.
Məlumatda qeyd edilib ki, cinayət yerində satanist ayinlərində istifadə edilən əşyalar tapılıb.
Cinayətkarların daha əvvəl də narkotik satışı və insan alveri maddələri ilə məhbus həyatı yaşadıqları ortaya çıxıb.
Öldürülən şəxsin Ukraynaya insan alveri ilə məşğul olmaq üçün gəldiyi və şəhərləri gəzərək gənc qızları pul qarşılığında aldatdığı da bildirilir.