Dünya (30-06-2015, 15:34)
Saakaşvilinin sərt tənqid etdiyi prokuror məzuniyyətə getdi
“Qornostayevanın maraqları, dövlətin maraqları deyil”
Odessa Dövlət Vilayət Administrasiyasının rəhbəri Mixail Saakaşvili tərəfindən sərt tənqiddən sonra Odessa vilayəti prokurorunun müavini Tatyana Qornostayeva hamilə olması səbəbindən uzunmüddətli məzuniyyətə çıxmaq qərarına gəlib, Oxu.Az Senzor.net-ə istinadən xəbər verir.
Odessa Dövlət Vilayət Administrasiyasının rəhbəri Mixail Saakaşvili bu yaxınlarda regional prokurorluq rəhbərləri ilə keçirilən iclasda onların işini sərt tənqid edib.
Qubernatorun tənqidinin əsas hissəsi, hal-hazırda Ukraynanın baş prokuroru Viktor Şokinin övladlığa götürdüyü Odessa vilayətinin prokurorunun müavini Tatyana Qornostayevanın payına düşüb.
“Qornostayevanın maraqları, dövlətin maraqları deyil. Bu, banditizm və reket adlanır... Belə prokurorları çox görmüşəm, onları sonradan da həbsxanada görmüşəm. Mən nə Qornostayevaya, nə də bu qəbildən olan reketlərə dözməyə hazırlaşıram”, - Odessa regionunun rəhbəri bildirib.
Bundan başqa, Tatarbunarı (Odessa vilayəti) şəhərinin meri Viktor Şvets iki ay müddətinə öz vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə qərarı Odessa rayon məhkəməsi verib.
“Seqodnya” qəzetinin məlumatına əsasən məhkəmə iclası iki dəfə təxirə salınıb, belə ki, ittiham edilən şəxs bülletendə olub.
Daha öncə Viktor Şvets rüşvət alarkən saxlanılıb. Hüquq-mühafizəçilərinin məlumatına əsasən mer torpaq sahəsinin verilməsi barədə qərar üçün 16 min qriven tələb edib. 35 min qriven verildikdən sonra, o azadlığa buraxılıb.