Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (7-11-2017, 19:00)
"Dəmirçi Plaza"da dəhşətli qətl törədən şəxs psixi xəstədir?- qərar nə olacaq...

 

 

 

"Dəmirçi Plaza"da qətl törədən şəxsin məhkəməsi davam edib.

Mediatv.az Musavat.com  istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda sənədlərin təqdimi mərhələsi davam edib.

Cinayət işində yer alan ekspertiza rəyləri elan olunub.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, müvəkkilinin psixi xəstəliyi olub və 2011-ci ildən xəstəxanada müalicə alıb: "Xəstəliklə bağlı ekspertizanın keçirilməsini tələb edirik".

Məhkəmə vəsatəti təmin edib və ekspertizanın keçirilməsi qərara alınıb. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

Qeyd edilən şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

O, qətli "Kobalt" markalı tüfənglə törədib. İttihamda yazılır ki, E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib. Ofisdə Əli Ağalını qətlə yetirib.

E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini və psixoloji xəstəliyinin olduğunu deyib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024