Kriminal (7-11-2017, 11:25)
Mahmudovun əmisi oğlu vəkillə görüşdü
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsdə olan əmisi oğlu Vüqar Mahmudov barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verməyib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti məhkəməyə təqdim olunmayıb. V. Mahmudovun apellyasiya şikayəti vermə müddəti başa çatıb.
Qeyd edək ki, V. Mahmudov Bakı İstintaq Təcridxanasında saxlanılır. Dünən vəkili onunla görüşüb.
Xatırladaq ki, MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Mahmudov Eldar Mahmudovun əmisi oğludur.