Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-07-2014, 14:13)
Anar Məmmədovun işçisinin qətlinin üstü açıldı

 

Daxili İşlər Nazirliyi 13 gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları 2014-cü il iyulun 11-də tamah məqsədilə törədilmiş qətl hadisəsinin üstünü açıblar.
 
Məlum olub ki, Bakıxanov, 50 ünvanda yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olduqdan sonra hadisə yerinə baxış keçirilib və bu zaman qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb. T. Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib.
 
Məlum olub ki, saxlanılan şəxs təxminən 1 il əvvəl Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. T. Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib.
 
İyulun 11-də axşam saat 19.00 radələrində bıçaqla silahlanmış T. Tahirov N. Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub, sonra ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gedib və bıçaqla qorxudaraq pul və qızıl tələb edib. Bu zaman N. Əliyeva qışqırmağa başlayıb. T. Tahirov ona əvvəlcə sinəsindən bir bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.
 
Ev sahibəsinin öldüyünü görən T. Tahirov mənzildə axtarış aparıb. O, N. Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun Həzi Aslanov stansiyası yaxınlığında zibil qutusuna atıb.
 
Faktla bağlı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
 
Qeyd edək ki, qətlə yetirilən N. Əliyeva “Qarant Sığorta”nın əməkdaşı olub.(musavat)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024