Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-09-2017, 15:30)
"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başladı

"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başladı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. G.Əliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, B.Şəfiyev günahsız olduğunu deyib. 

Proses sentyabrın 20-dək təxirə salınıb. 

İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib.
 
G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024