Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-09-2017, 19:23)
Kürdəmirdə biznesmenin qardaşı söyüş üstündə öldürülübmüş

Kürdəmirdə biznesmenin qardaşı söyüş üstündə öldürülübmüş

 

Bu ilin mart ayında Kürdəmir rayonunun Yenikənd kəndində törədilmiş qətlin üstü açılıb.

Mediatv.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini Ədilov Namiq Abdulbağı oğlunu küt alətlə vurub öldürən şəxsin 1964-cü il təvəllüdlü Mirzəyev Rahim Rəhim oğlu olduğu müəyyən edilib. O həbs edilib.

Bildirilir ki, R.Mirzəyev əvvəllər də bir neçə cinayət əməli törədib və “Arıq” ləqəbi ilə tanınırmış. Onun həmkəndlisini hansı səbəbdən öldürməsinə gəlincə, araşdırmalar nəticəsində qətlin söyüş üstündə törədilməsi məlum olub. 

Belə ki, R.Mirzəyev atasının məzar daşına qəbiristanlıqda naməlum şəxsin ziyan vurmasını öyrənəndən sonra Namiq Ədilovun yanında həmin əməli törədən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman N.Ədilov əsəbiləşərək, qəbir daşının onun tərəfindən sındırıldığını deyib və R.Mirzəyevi söyüb. Fiziki cəhətdən N.Ədilova gücünün çatmayacağını görən Rahim həmin gün gecə onun yaşadığı evin qapısını döyüb və qapı açılan kimi küt alətlə Namiqin başına zərbə endirərək onu öldürüb.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Namiq Ədilovun atası vəfat edib. Keçən il isə onun Rusiya paytaxtında yaşayan biznesmen qardaşı Təvəkkül Ədilovun oğlu yol qəzasında faciəvi şəkildə ölüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024