Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (17-10-2016, 10:29)
Azərbaycanda misli görünməmiş dələduzluq...

Azərbaycanda misli görünməmiş dələduzluq...

 

Ölkə boyunca 5 min insanı aldadaraq, təhdid edərək pulunu alan şəxslər məhkəmə qarşısında; “Məni övladlarımla hədələdilər, 30 mini ödədim...” 

 

Mediatv.az:  Bakıda və bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu cinayət işinə görə təqsirləndirilən şəxslərin sayı çox olduğu kimi, zərərçəkmişlərin də sayı çoxdur. 
 
Cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37, zərərçəkmiş şəxslərin sayı isə  4968 nəfərdir. Bu məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib. 
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslər “Azər Mühafizə” MMC, “General” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər. Təqsirləndirilən 37 nəfərdən 22-si dəmir barmaqlıqlar arxasına əyləşib. 15 nəfəri isə ev dustaqlığındadır. Həbsdə olan şəxslərdən biri qadındır.
Məhkəmə prosesində ifadəsi dinlənilən şəxslərdən biri Mübariz Sadıqov olub. Hazırda ev dustaqlığında olan M.Sadıqov istintaq materiallarında “Qala BTX” MMC-nin Gəncə filialında müavin vəzifəsində çalışması ilə bağlı qeyd edilənlərin doğru olmadığını deyib: “Mən bunu istintaqa ifadəmdə də bildirmişəm. Mən işə götürüləndə dedilər ki, mətbuatla əlaqəli işlərə baxacam. Sonradan isə başqa cür oldu. Növbədə olan postları yoxlayırdım. Axşamlar gedib postlardakı vəziyyəti nəzarətdə saxlayırdım”.
M.Sadıqov işə götürülən şəxslərin heç birindən pul almadığını da ifadəsində qeyd edib: “Biz pul yığmırdıq. İşə götürülmək üçün tələb olunan depozitlər bizə yox, Bakıda baş idarəyə verilirdi”.
Digər ifadə verən şəxs isə hazırda dəmir barmaqlıqlar arxasında olan Şahin Quliyev olub. O, “Qala BTX” MMC-nin Tovuz regional nümayəndəliyinin rəisi vəzifəsində çalışıb.
Ş.Quliyev sərbəst ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və həmçinin özünün də zərərçəkmiş şəxs olduğunu qeyd edib. 
2014-cü ildə 5 min manat depozit qoymaqla “Qala BTX” MMC-də işə düzələn Ş.Quliyev 1 il ərzində 8 min manat maaş aldığını da ifadəsinə əlavə edib: “İşə düzələrkən MMC-nin Bakıdakı baş ofisinə getdim. Sənədləri təqdim etdim. Ümumilikdə 5 min manat depozit qoymuşam. Əvvəlcə MMC-nin baş ofisində işlədim. Sonra da Tovuz regional nümayəndəliyinin rəisi təyin olundum. Çalışdığım müddət ərzində polis idarələrindən, dövlət qurumlarında gördüyümüz işlərə görə təşəkkür məktubları almışıq. Müxtəlif tədbirlərdə, nazirlər gələndə belə bəzən təhlükəsizliyi biz təmin etmişik. Mən işə düzələndə bu işin dövlət təminatlı olub-olmadığını da araşdırdım. Mənə Daxili İşlər Nazirliyindən alınmış lisenziyanı və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmə ilə bağlı sənədləri təqdim etdilər. Mənim də güvənim tam oldu”.  
 
Ş.Quliyev onu da deyib ki, MMC-nin lisenziyası hər dəfə yenilənəndə bu barədə sənədləri MTN (artıq ləğv edilib) və polis idarələrinə təqdim ediblər.
Ş.Quliyev yalnız öz qohumlarını işə düzəltdiyini və bunun üçün də depozit qoyduğunu deyib: “Mən işə adam götürmürdüm. İş üçün hər kəs Bakıdakı baş ofisə müraciət edir, Vüqar Hüseynovla görüşürdülər. Bu işdə mən də mülki zərərçəkmişəm. Çünki son aylarda maaş almamışam. Şikayətçilərin yazdığı Quran ayəsi deyil. Mənim 3 balam çöldə qalıb. Özümü də zindanda çürüdürlər. 
Mən öz qohumlarımı işə düzəltmişəm. Yoldaşımı, bacanağımı, qaynımı, onların uşaqlarını və bəzi qohumlarımı işə düzəltmək üçün depozit qoymuşam. Ümumilikdə bizim rayon üzrə işə düzəlmək üçün 392 min manat depozit qoyulub. Qoyulan depozitlərin 300 minə yaxını maaş olaraq işçilərə qaytarılıb".
Ş.Quliyev bu işlə bağlı həbslər başlayarkən ona rəhbərlikdən göstəriş gəldiyini deyib. Rəhbərlik Ş.Quliyevdən onun rəhbərlik etdiyi bölgə üzrə olan 30 min manatlıq dəymiş zərərin vətəndaşlara ödənilməsini tələb edib. 
 
O, uşaqlarının taleyindən qorxduğu və həbs edilməməsi üçün bu təkliflə razılaşdığını deyib: “Məni övladlarımla hədələdilər. 30 min manatı ödədim. Dedilər ki, həbs edilməyəcəksən”.
Hakim təqsirləndirilən şəxsə sualında qeyd edib ki, istintaq zamanı 71 nəfər ondan şikayətçi olduğunu deyib. Ş.Quliyev isə qeyd edib ki, zərərçəkmişlər istintaq ifadələrində dəymiş zərəri həddən artıq şişirdiblər. 
 
Məhkəmə zamanı o da məlum olub ki, adı çəkilən şirkətlərdə işçilərdən forma üçün də əlavə pul yığılıb. Yay forması 34 manata, qış forması isə 65 manata satılıb. Həmçinin işə götürülən şəxslərdən təlimlərdə iştirak adı ilə də ödənişlər tələb olunub.
Qeyd edək ki, rəsmi məlumatda bildirilir ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri - Mirabutalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. 
Digər həbsdə olan şəxslər Nəzakət Aşurbəyova, Qorxmaz Mehdiyev, Fariz balayev, Elşən Uzunağov, Şahin Yolçuyev, Fərman Muradov, Elxan İsmayılov, Sənan Qasımov, Sərdar Seyidov, Xaliq Qasımov, Orxan Vəlizadə, Emin Əzizov, Şahin Quliyev, Cəlal Mikayılov, İlham Babayev, Tağı Məmmədov, Məmməd Həsənov və Cəfər Məlikovdur. Onlar adı çəkilən şirkətlərin müxtəlif filiallarının rəisləri, rəis müavinləri kimi vəzifələrdə çalışıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024