Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (3-03-2016, 14:33)
Jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib

Bu gün ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az xəbər verir ki, Rasim Əliyevin qətlində təqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxış edərək müdafiə etdiyi şəxsə qarşı ittihamları əsassız adlandırıb və dövlət ittihamçısının A.Əliyevə ağır cəza istədiyini qeyd edib. Bildirib ki, bu qəflətən baş verən hadisədir və R.Əliyev həkim səhlənkarlığından dünyasını dəyişib. O, həkimin məsuliyyətə cəlb olunmasını istəyib.

Samir Mustafayevin vəkili Ruslan Həsənov müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. O bildirib ki, Samirin günahı olmayıb:

“Samir sadəcə “Bayıl market”in yolunu göstərib. Samirin əməlində cinayət tərkibi yoxdur və ona bəraət verilməsini xahiş eidrəm”, - deyə vəkil bildirib.

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli də çıxış edərək bildirib ki, bu işə hansı tərəfdən baxsan, həkim səhvinin olduğu görünür. O, Kənanın əməlinin 307-ci maddə ilə təqsirləndirilməsini tövsiyə edib və bildirib ki, K.Mədətov yalnız cinayəti bilib xəbər verməməkdə ittiham oluna bilər.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.

O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024