Kriminal (9-01-2016, 11:15)
Bakıda mühafizəçi güllələndi – Fotolar
Bakıda güllələnmə hadisəsi baş verib.
Mediatv.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.
Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov APA-ya açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə məlumat APA-ya Binəqədi Rayon Polis İdarəsindən verilib.
Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.