Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-12-2015, 20:13)
MTN GENERALI ELÇİN QULİYEV HƏBS OLUNDU!

026-1024x7681-1024x768

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

Mediatv.az xəbər verir ki, bu barədə APA-ya Səbail rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Elçin Quliyevin həbs olunmaması “MTN işi”ndə ən böyük müəmmalardan biri hesab olunurdu. Onun xeyli gecikmə ilə vəzifəsindən çıxarılmasından sonra MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin olunması isə bu müəmmanı bir qədər də artırırdı. Halbuki, çoxsaylı cinayət əməllərində E.Quliyevin adı qırmızı xətlə keçirdi.  

Qeyd edək ki, Antiterror Mərkəzinin keçmiş rəisi müstəqil Azərbaycanın xüsusi xidmət orqanında fəaliyyətə MTN-in N saylı rabitə hərbi hissəsində başlayıb. Sovetlərin dağılmasından sonra bu hərbi hissə uzun müddət Rusiya kəşfiyyatının nəzarəti altında qalmaqda davam edib. Sonrakı illərdə E.Quliyev vəzifə pillələrində sürətlə irəliləməyə başlayıb. Rabitə hərbi hissəsindən MTN-ə keçib, nə qədər qəribə olsa da, nazirliyin Rusiya istiqaməti üzrə fəaliyyət göstərən strukturunun əməkdaşı, nazir müavini Tofiq Babayevin köməkçisi olub. Eldar Mahmudov MTN-ə gələndən sonra isə karyerasında sıçrayış baş verib – əvvəlcə idarə rəisinin müavini, idarə rəisi, nəhayət Baş İdarə rəisi, Antiterror Mərkəzinin rəhbəri təyin olunub və general rütbəsi alıb. Məlumata görə, MTN-dəki peşəkarlar Elçin Quliyevə hər zaman şübhə ilə yanaşıblar…

Antiterror Mərkəzinin bir neçə gün əvvəl həbsdə intihar etmiş keçmiş rəis müavini İlqar Əliyevlə birlikdə Elçin Quliyevin adı bir sıra cinayətlərdə hallanıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin sentyabrında MTN tərəfindən sifarişlə həbs olunan, həbsdə olmazın işgəncələr görən və Eldar Mahmudovun vəzifədən çıxarılmasından cəmi 2 gün sonra azadlığa çıxan Əmlak Komitəsinin keçmiş əməkdaşı Mətləb Mustafayev qanunsuz həbsinə və MTN polkovniki olar qardaşının intiharına görə həm də Elçin Quliyevi ittiham edir.

Bir neçə həftə əvvəl isə saytlara Elçin Quliyevin xaricdə qızlarla çəkdirdiyi fotoları buraxılmışdı…

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024