Mediatv.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.
Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.
Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı RPİ-də araşdırma aparılır.