Kriminal (14-10-2015, 21:11)
Azərbaycanda xanım rəhbər həbs olundu
"Tale" Xeyriyyə Cəmiyyətinin sədri Xuraman Xudiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.
Mediatv.az APA TV-yə istinadən xəbər verir ki, o, özünə məxsus olmayan torpaq sahəsini Qətibə adlı tanışına sataraq, zərərçəkəndən 12 000 dolar almaqla dələduzluq edib. Dediyinə görə, bu işdə tək olmayıb və Qətibəni Bəxtiyar Həsənov adlı tanışının vasitəsilə tanıyıb:
"Zəng elədi ki, "Sədərək"də işləyirəm, burda bir qadın var, 12 min pulu var. Mən o pulu götürürəm, amma 2 aydan sonra qaytaracağam. Dedim, mənə nə verəcəksən? Elə həmin anda arvad zəng elədi ki, pulu qaytar. Mən də Axundov bağında qaytardım ona. Bu da zəng elədi ki, gətirirəm".
Saxlanılan şəxsin sözlərinə görə, əldə olunan puldan çəmi 700 manat ona çatıb. İstintaq Xuraman Xudiyevanın danışıqlarda olmayan torpağın sahibi kimi iştirak etdiyini sübuta yetirib: "700 manat mənə pul verib. Bax, o 700-ün zibilinə düşmüşəm. Qaytarmağa hazıram, lap 6 sot torpağım var, onu da verməyə hazıram".
Polisdən bildirilib ki, adı çəkilən Bəxtiyar Həsənov istintaqa dəvət olunub. O, dindirildikdən sonra dələduzluq əməlinin kimin tərəfindən törədildiyi tam dəqiq bilinəcək.
Xatırladaq ki, Xuraman Xudiyevanın bir neçə il əvvəl eyni maddə ilə həbs olunduğu, lakin şərti cəza alaraq həbsxana həyatı yaşamadığı məlum olub.